- Saytın material və xidmətlərindən istifadə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzim edilir.
- İstifadəçi razılaşır ki, o, əqli mülkiyyət, müəllif və/və ya əlaqəli hüquqlar sahələri daxil olmaqla Azərbaycan Respublikasının qanunvericiliyi və ya beynəlxalq hüquq normalarını pozan hesab edilə bilən məlumatları, habelə Saytın normal işinin və Saytın xidmətlərinin pozulmasına gətirib çıxaran və ya pozulması ilə nəticələnə bilən hər hansı məlumatı yerləşdirməyəcək.
- www.vakansiya.az saytında yerləşdirilməsi üçün təqdim olunan elan bir konkret vakansiya haqqında məlumatı daxil etməli, aydın və dəqiq olmalı və iki mənalı şərhə yol verilməyəcək şəkildə tərtib edilməlidir.
- Bir şirkətdən hər bir vakansiya yalnız bir elan şəklində dərc edilə bilər.
- Qırmızı ulduz (*) ilə qeyd olunmuş sahələr mütləq doldurulmalıdır. Bütün sahələr öz adı və mənasına uyğun olmalıdır və artıq ixtisarlara yol vermədən orfoqrafiya qaydalarına müvafiq olaraq doldurulmalıdır.
- Bir vəzifənin adında onun üç sinonimi göstərilə bilər. Məsələn: Katib/ Ofis-menecer / Müdirin köməkçisi.
- Vəzifənin adında mötərizələrdən iş sahəsi, ticarətin/xidmətlərin predmeti, şöbənin/departamentin adının və s. dəqiqləşdirilməsi məqsədi ilə istifadə etmək olar. Məsələn: Mühasib (əsas vəsaitlər), Satış meneceri (dəftərxana ləvazimatları).
- Sizin tərəfinizdən təklif edilən vakansiyaya uyğun olaraq, vakansiyanın yerləşdirilməsini istədiyiniz kateqoriyaları seçmək lazımdır. Bir vakansiya üçün ən çox 3 kateqoriya göstərmək olar. Seçilmiş kateqoriyalar vəzifənin adı, işçinin vəzifələri və şirkətin fəaliyyəti sahəsinə uyğun olmalıdır.
- Kadr agentlikləri "Vəzifə Təlimatı" sahəsində maraqlarını təmsil etdikləri təşkilatı, onun fəaliyyətin növünü və təklif edilən vəzifə üzrə iş şərtlərini təfərrüatı ilə təsvir etməlidir.
- Qanunvericiliyə zidd olan məlumatların, habelə aşağıda qeyd olunmuş sahələrdə iş təklif edən elanların yerləşdirilməsi qadağandır:
— qumar biznesi, qumar oyun və əyləncələri;
— alkoqol və tütün məmulatlarının istehsalı, satışı və reklamı ilə bağlı vakansiyalar;
— maliyyə piramidaları;
— dini sektalar, okkultizm xidmətləri və erotik xidmətlər;
— diplom işi, kurs işi, yoxlama işi və s. yazılışı;
— İnternetdə qazanc, elektron poçtun emalı, kütləvi elektron göndərmələrin həyata keçirilməsi;
— şəbəkə marketinqi, birbaşa satışlar - Məhsul və xidmətlərin reklamının yerləşdirilməsi.
- www.vakansiya.az saytında yerləşdirilən bütün vakansiyalar administrator tərəfindən yoxlanılır. Bütün sahələrin düzgün doldurulması təqdirdə vakansiya dərc edilir.
- Administrasiya saytda vakansiyanı dərc etməkdən imtina hüququnu özündə saxlayır.
- Vakansiyaların yerləşdirilməsi qaydalarına uyğun tərtib edilmiş vakansiyalar haqqında elanların mətnləri bir ay ərzində www.vakansiya.az saytında dərc edilir.
- Pullu vakansiyaların yerləşdirmə üçün saytın Administrasiyası əlaqə saxlamaq lazımdır.
- Saytın administrasiyası yerləşdirilmiş elanların və reklam materiallarının məzmunu, həmçinin onlarda qeyd olunmuş əlaqə məlumatları və digər məlumatların doğruluğuna görə heç bir məsuliyyət daşımır.
- Bu Qaydalardan irəli gələn və ya onlarla bağlı bütün mümkün mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun həll edilir.
- Bu Qaydaların hər hansı müddəasının məhkəmə tərəfindən etibarsız və ya icrası məcbur olmayan kimi qəbul edilməsi, həmin Qaydaların digər müddəalarının etibarsız hesab olunmasına səbəb deyil.
- Hər hansı İstifadəçinin bu Qaydaların müddəalarını pozduğu təqdirdə saytın Administrasiyasının hərəkətsizliyi, Saytın Administrasiyasını daha sonra öz maraqları mühafizə etmək və qanunvericiliyə uyğun olaraq qorunan Saytın materialları üzrə müəllif hüquqlarını mühafizə etmək üçün müvafiq hərəkətlər etmək hüququndan məhrum etmir.