"GL" ASC (Sizin Lombard)
Gəncə şəhərində yerləşən filiallar üzrə
? Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir!
Əsas vəzifə öhdəlikləri:
· Aktiv satışların təşkili və potensial müştərilərin cəlb olunması;
· Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlanılması;
· Müştəri müraciətlərinin qəbulu, təhlili, kredit komitəsinə təqdimatı və rəsmiləşdirilməsi;
· Yeni kredit məhsulları və satış metodları üzrə təkliflərlə çıxış etmək;
· Müştəri məmnuniyyətini təmin etmək məqsədilə operativ və keyfiyyətli xidmət göstərmək, daxil olan şikayət və müraciətləri yerində araşdırmaq;
· Kreditləşmə ilə bağlı sənədlərin düzgün və vaxtında hazırlanmasını təmin etmək.
Namizəddən tələblər:
· Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
· Ali və ya natamam ali təhsil;
· Yüksək ünsiyyət bacarığı və müştəriyönümlü yanaşma;
· Fərdi və komanda ilə işləmək bacarığı;
· Microsoft Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmək bacarığı;
· Bank və ya bank olmayan kredit təşkilatlarında, xüsusilə lombard sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir;
İş şəraiti:
· İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00 – 18:00
· Əməkhaqqı və bonus sistemi:
o Başlanğıc kateqoriya: 400 AZN əməkhaqqı + 800 AZN bonus = 1200 AZN
o Yuxarı kateqoriya: 600 AZN əməkhaqqı + 1200 AZN bonus = 1800 AZN
Müraciət qaydası:
Tələblərə uyğun olan namizədlərdən “Kredit üzrə mütəxəssis (müvafiq filialın adı ilə)” başlığı ilə CV-lərini
? [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Qeyd edək ki, göndərilən CV-lər şirkətimizin məxfi məlumat bazasında saxlanılır.
Əlaqə:
? Ünvan: Gəncə Mirzə Abbas 64
? Telefon: (+994 50) 284 10 00
? Vebsayt: www.sizinlombard.az
? Email: [email protected]
