Vergi üçotu üzrə mütəxəssis
Abacus Audit and Counsalting Baku Consultant/Contractual
Требования
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Описание

– Şəxsi hesab vərəqələrinin gündəlik təqib edilməsi;
– Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması;
– Kameral uyğunsuzluqların yoxlanılması və uyğunsuzluqlara cavabların yazılması;
– Mənfəət və zərər hesabatının tərtib edilməsi;
– Balans hesabatının tərtibi və vahid formatın hazırlanıb təqdim edilməsi;
– Balans maddəsi üzrə digər maddələrin ilkin sənədlərlə yoxlanılması;
– Əsas vəsaitlərin qanunvericiliyə uyğun amortizasiya və təmir xərclərinin yoxlanılması;
– Debitorlar üzrə qalıqların yoxlanılması;
– Yerli və xarici kreditorlar üzrə daxili hesabatların verilməsi;
– Proqnoz balansının hazırlanması;
– Kassa kitabına, bank əməliyyatlarına və qaimə-fakturalara nəzarət edilməsi;
– Pul vəsaitlərinin hərəkəti hesabatının tərtib edilməsi.
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək

Требования

Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
-İqtisadiyyat, mühasibat uçotu və ya maliyyə-kredit sahəsində bakalvr və ya daha yüksək təhsil dərəcəsi;
- Maliyyə, mühasibat uçotu, vergi qanunvericiliyi və hesabat və ya digər oxşar sahələrdə minimum 3 il iş təcrübəsi;
- Ümumi mühasibat uçotu prinsipləri sahəsinin yaxşı anlayışı;
- Vergi konsaltingi sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir;
- Microsoft Office (Word, Excel) proqramları üzrə mükəmməl biliyin olması;
- ACCA/CİMA/CPA peşəkar ixtisasartırmasının mövcudluğu arzuolunandır;
- Güclü tədqiqat və analitik düşünmə qabiliyyəti və məsələlərin həllində təşəbbüsün göstərilməsi;
- Hesabatların hazırlanması və yazı bacarıqları;
- Fərdi qaydada və komandada işləmək bacarığına malik olmaq;
- Təyin edilmiş vaxta qədər eyni zamanda bir neçə tapşırığı yerinə yetirmək bacarığı;
- Yaxşı ünsiyyət qurma bacarığı;

Son müraciət tarixi:
Müraciət qaydaları: CV-ni [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Vergi uçotu üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edilir.

Обзор
Размещено: 10-06-2022
Диапазон зарплат: 800 - 1500 azn  
Контактная информация
Эл. почта: [email protected]
Применить

Поиск вакансий