Vəzifə öhdəlikləri:
· Satınalmalar üzrə menecerin rəhbərliyi altında satınalma strategiyasının inkişafı, idarə edilməsi və həyata keçirilməsi;
· Normativ baza ilə əlaqədar olan satınalmaların inkişaf etdirilməsinə yardım;
· Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi və bençmarkinq, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
· Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
· Risklərin idarəedilməsi, qiymətləndirilməsi və azaldılması;
· Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
· Hesabat, təqdimat, memorandum və s. hazırlanması;
· Bazar tendensiyalarını, rəqib strategiyalarını və bazar tədarükçülərini izlənilməsi;
· Daxili və xarici sistemin yaradılması;
· Yeni komponentlər və tədarükçülər üçün tədqiqat aparılması;
· Qiymətləndirmənin həyata keçirilməsi üçün təchizatçı performansına dair məlumatları toplanması və tərtib edilməsi.
İş qrafiki:
Həftə içi 5 gün saat 09:00-18:00, şənbə yarı iş günü,
Nahar şirkət tərəfindən verilir,
Korporativ nömrə (korporativ paket),
Əməkhaqqı: 800 AZN+Bonus (KPİ)
Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
· Ali təhsil;
· 2-3 illik analoji iş təcrübəsi
· dövlət satınalmalar haqqında Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə müvafiq biliklər
· Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti,
· Səlis Azərbaycan dili, (İngilis və rus dili bilikləri arzu olunandır);
· MS Office proqramları üzrə biliklər.
