Satış departamenti direktoru
CAMAL LTD Baku Sales
Требования
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Описание

İş barədə məlumat:

- Satış şöbəsinin işinin təşkili üçün qayda və prosedurları hazırlamaq və tətbiq etmək;
- Satış hədəflərini əməkdaşlar arasında düzgün bölgüsünü etmək;
- Fəaliyyət istiqamətləri üzrə strateji və əməliyyat planlarını hazırlamaqda iştirak etmək, təsdiq olunmuş planların icrasının təmin etmək;
- Şöbənin strateji hədəflərinin və satış planlarının hazırlanmasında iştirak etmək;
- Müasir satış kanalları və satış imkanlarını tətbiq etmək;
- Yeni satış metodologiyaları və texnikalarını inkişaf etdirmək;
- Yeni işə cəlb edilən işçilərə Təşkilatı Struktur, Proqram təminatı və satışa təklif edilən məhsullar barədə olan təlimlərin keçirilməsini müvafiq struktur bölmələrlə kordinasiyasını təşkil etmək;
- Satış istiqamətində təlimlərin keçirilməsini təşkil etmək;
- Potensial müştərilərlə əlaqələrin lazımı səviyyədə təşkil edilməsi üçün davamlı olaraq Satış blokunun işçilərinin işinə nəzarət etmək;
- Satışın artırılması və satış planının icrası üçün təkliflər hazırlamaq;
- Təkrar müştərilərə çarpaz satış məhsulları ilə bağlı təkliflər hazırlamaq;
- Bölgə rəhbərlərinin işini koordinasiya etmək;
- Yeni məhsul və xidmətlərin yaranması və mövcud məhsulların təkmilləşdirilməsi üçün Marketinq şöbəsi ilə sıx işləmək;
- Şöbə daxili olan müraciət və sorğulara cavabları hazırlamaq;
- Şöbənin fəaliyyəti barədə müvafiq hesabatlar hazırlamaq;
- Rəhbərlik tərəfindən təsdiq olunmuş ümumi marketinq tədbirlərinə və brend qaydalarına əsasən təşkil etmək.

 

 

Требования

Namizədə tələblər:
Ali təhsil;
Satış sahəsində Rəhbər vəzifəsində minimum 10 il iş təcrübəsi;
Yaş: 35-50
Cins: kişi
Azərbaycan və rus dillərində sərbəst danışıq , ingilis dili arzuolunandır;
Satış və marketinq sahələri üzrə bilik və bacarıqlar;
Effektiv ünsiyyət və güclü təqdimat bacarığı;
Komanda qurmaq,işçilərə təsir və onları motivasiya etmək bacarığı;
Səlis nitq qabiliyyəti və xoş görünüş;
İşgüzar etik qaydalara riayət;

- İqtisadiyyat, İdarəetmə, Biznesin təşkili/ Satış və Maliyyə-Kredit sahəsində ali təhsilə malik olmaq (magistr təhsilinin olması üstünlükdür)
- Satış/kommersiya sektorunda azı 10-15 illik iş təcrübəsi;
- Azərbaycan və rus dillərində sərbəst (ingilis dili arzuolunandır.)
- Mükəmməl liderlik və idarətmə bacarıqları;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
- MS Office proqramlarında və 1C 8.3v məlumat bazasında sərbəst işləyə bilmək bacarığı;
- Yüksək analitik düşüncə və problemləri müəyyən etmə, araşdırma və həll etmə bacarıqları;
- Fərdi və komanda şəklində işləmək, komanda ruhunu yaratmaq.

İş şəraiti:
İş qrafiki: 1-6 günlər
Əmək haqqı: 3500-4000 AZN

Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır.
Nahar və Korporativ nömrə şirkət tərəfindən təmin olunur.

İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D

Müraciət qaydaları: [email protected]  elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Satış departamentinin direktoru” yazmaqla müraciət edilir.

Обзор
Размещено: 18-10-2023
Диапазон зарплат: 3500 - 4000 azn  
Контактная информация
Эл. почта: [email protected]
Применить

Поиск вакансий