Əsas vəzifə öhdəlikləri:
· Mövcud proqram təminatlarında texniki sorğular üzrə tələblərin icrası və proseslərin optimallaşdırılması;
· Proqram təminatlarının işləməsinə nəzarət edilməsi (bağlantının fasiləsizliyinin);
· Tələbə əsasən proqram təminatı və proqram modullarının tərtibatının həyata keçirilməsi;
· Biznes tələblərinin təhlili və tələblərə uyğun yeni proqram təminatlarının hazırlanması ilə bağlı təkliflərin irəli sürülməsi;
· Proqramlaşdırma yazı qaydaları və stili təlimatında ehtiyac olan dəyişikliklərin təklifinin verilməsi və Rəhbərinin təsdiqi ilə dəyişikliyin həyata keçirilməsi;
· Hesabatların hazırlanması və təhlil edilməsi;
· Proqramların kodlaşması, analiz edilməsi və qeydiyyatının aparılması;
· Mövcud proqramlara dəstəyin verilməsi, ehtiyac yaranarsa düzəlişlərin aparılması;
· Gün ərzində yönələn sorğuların yerinə yetirilməsi.
İş şərtlərimiz:
· İş qrafiki : Tam iş günü (5 gün);
· İş saatları: 09:00-18:00;
· İş yeri : Bakı ş., Aşıq Molla Cümə küçəsi, 46C
Biz nə təklif edirik:
• Əmək bazarında rəqabətli əməkhaqqı;
• İşçilərə qayğı proqramı;
• Peşəkar komanda mühiti;
• Nahar;
• Şirkət hesabına korporativ nömrə;
• Təlim və inkişaf imkanları;
• Həyat yaşam sığortası (könüllü).
Tələb olunan bilik və bacarıqlar :
· C#, Java və OOP üzrə biliklər;
· Javascript və ReactJS üzrə biliklər;
· Database MS SQL (T-SQL) üzrə biliklər;
· Alqoritm bilikləri;
· Araşdırma və problem həll etmə bacarğı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
· Təhsil: Riyaziyyat və ya İnformatika ixtisası üzrə ali təhsil;
· Hər hansı bir proqramlaşdırma dilləri üzrə sertifikatların olması arzu olunandır;
· İş təcrübəsi : 2 il (Satış və Distribyutor sahəsində);
· Dil bilikləri : Rus və İngilis dilləri üzrə biliklər üstünlükdür;
· Kompüter bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Proqram Təminatı üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.