Proqram Layihəsinə Dəstək üzrə Mütəxəssis
AzəriMed QSC Baku Computer/IT
Требования
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Описание

Vəzifə öhdəlikləri:

· Daxil olan müraciətlərin (telefon, elektron poçt, daxili sistemlər) operativ şəkildə qəbul edilməsi və emalı;

· Proqram təminatı ilə bağlı yaranmış nasazlıqların ilkin texniki təhlilinin aparılması və mürəkkəb halların aidiyyəti üzrə mütəxəssislərə yönləndirilməsi;

· İstifadəçilərə gündəlik proqram təminatından istifadə zamanı texniki dəstəyin göstərilməsi (yerində və ya uzaqdan bağlantı vasitəsilə);

· Tez-tez rast gəlinən texniki problemlərin və onların həlli yollarının sənədləşdirilməsi (FAQ, prosedurlar, kömək materialları);

· Dəstək fəaliyyəti üzrə statistik məlumatların və dövri hesabatların hazırlanaraq şöbə rəhbərinə təqdim olunması;

· Proqram təminatının fasiləsiz işləməsinin monitorinqi, nasazlıqların vaxtında aşkarlanması və ilkin tədbirlərin görülməsi.

 

İş şəraiti:

İş rejimi: Tam ştat

Əmək haqqı: 539 AZN

İş yeri: Bakı şəhəri, Nərimanov rayonu

 

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərdən mövzu hissəsində “Proqram Layihəsinə Dəstək üzrə Mütəxəssis” qeyd etməklə CV-ni [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün 055-455-58-70 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Требования

Namizədə tələblər:

· Ali təhsili (İnformasiya texnologiyaları, kompüter elmləri, sistem mühəndisliyi və ya müvafiq sahələr üzrə);

· MS Office proqramları və SQL üzrə biliklər; ERP, sənəd dövriyyəsi, CRM və digər daxili tətbiqlərlə iş təcrübəsi üstünlük sayılır;

· İngilis və/ya rus dili biliyi (texniki sənədlərlə işləmək bacarığı);

· AnyDesk, TeamViewer, Remote Desktop və digər uzaqdan bağlantı vasitələri ilə işləmək bacarığı;

· Texniki dəstək sistemlərində müraciətlərin qeydiyyatı və izlənməsi təcrübəsi;

· Yüksək məsuliyyət, diqqət və detallara həssas yanaşma;

· Komanda ilə işləmək və eyni zamanda çoxsaylı müraciətləri idarə etmək bacarığı;

· İstifadəçi yönümlü yanaşma və yüksək xidmət mədəniyyəti.

Обзор
Размещено: 09-10-2025
Диапазон зарплат: 500 - 500 azn  
Контактная информация
Эл. почта: [email protected]
Применить

Поиск вакансий