Mağaza müdir muavini
Kİngsmart MMC Baku Administrative
Требования
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Описание

Mağazanın xərcini, stokunu və sifarişlərini nəzarətdə saxlamalı, doğru idarə etməli, düzgün qərarlar verməlidir.
- Satış hədəfinə çatmaq üçün xərclərin, stokun, satışların, sifarişlərin optimallaşdırma sistemlərini doğru idarə etməlidir.
- Satış komandasını motivasiya etməli, müştəri məmnuniyyətini üst səviyyədə tutaraq hədəfə çatmalıdır.
- Rəqiblər barəsində, rəqiblərin məhsul və qiymət siyasəti barəsində ətraflı məlumat toplamalı və buna uyğun təkliflər hazırlayıb rəhbərliyə təqdim etməlidir.
- Tabeçiliyində olan işçilərin müraciətlərini, təklif və şikayətlərini dinləməli, onları səlahiyyətləri çərçivəsində həll etməli, səlahiyyətlərini aşan məsələlər barəsində tabe olduğu rəhbərinə yazılı müraciət etməlidir.
- Müştərilərlə nəzakətli rəftar edilməsi, müştərilərin məhsullarla ətraflı tanış olmasına şəraitin yaradılmasını təmin etməlidir;
- Mağazanın və anbarın təmiz və səliqəli saxlanılmasını, hər gün satışdan əvvəl malların tam yoxlanışının (adlar, qiymətlər, malın xarici görünüşü, son istifadə tarixi və s.) keçirilməsini təmin etməlidir;
- Mağazada soyuducunun, tərəzinin və s. avadanlıqların işlək vəziyyətdə olmasını təmin etməlidir;
- Malların vitrin və ya rəflərdə səliqəli düzülməsini, əlavə vasitə və avadanlıqların yerində olmasını, vitrində boşluqların olmaması təmin etməlidir:
-Mağazanın anbarındakı malların tamlığını, doğru şərait və şərtlərlə saxlanılmasını, itmə, oğurlanma və zədələnmə hallarının olmamasını təmin etməlidir;

Требования

Təhsil : Ali
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
Yaş : 25 - 48
Nahar şirkət tərəfindən təmin edilir
İş rejimi 6 gün
1400-1700 azn əmək haqqı + Bonus
Qeyd olunan vəzifə üzrə retail sahəsində təcrübəsi olan namizədlər müraciət edə bilərlər.

Обзор
Размещено: 11-10-2025
Диапазон зарплат: 1400 - 1700 azn  
Контактная информация
Эл. почта: [email protected]
Применить

Поиск вакансий