Vəzifə Haqqında
Bizim komandamızın bir hissəsi olaraq, İnsan Resursları üzrə Kiçik Mütəxəssis vakansiyası üçün dinamik və məsuliyyətli bir namizəd axtarırıq. Siz baş ofisdən kənardaki ofisdə fəaliyyət göstərəcək, regional namizədlərlə görüşəcək və işə qəbul prosesini dəstəkləyəcəksiniz. Bu rolda sizin əsas məqsədiniz şirkətimiz üçün ən uyğun namizədlərin cəlb olunmasını təmin etmək olacaq.
Vəzifə Öhdəlikləri:
Yeni namizədlərin qeydiyyat prosesinin icra edilməsi ( Gündəlik müsahibə cədvəlinin aparılması );
Müsahibədən sonra namizədlərə nəticələrlə bağlı məlumatın verilməsi;
Müsahibə nəticələrinin qeydiyyatının aparılması;
Müsahibə nəticələrinin baş ofisə təqdim edilməsi;
İnsan resursları üzrə məlumatların və faylların dəqiq şəkildə saxlanması;
İşə qəbul üzrə proqramlar və prosedurlara uyğun olaraq digər administrativ işləri yerinə yetirilməsi;
6 günlük iş rejimi (09:00 - 19:00) və həftədə bir gün istirahət;
İş yeri : Şirvan şəhəri.
Təklif Edirik:
Əməkhaqqı: 400 azn Əlverişli iş mühiti və professional inkişaf imkanlarıŞirkətin inkişafında rol almaq və komandada dəyərli üzv olmaq imkanıKorporativ təlim və karyera inkişafı perspektivləri.
Tələblər:
Yaş həddi : 20 yaşdan - 30 yaşadək
Ali təhsil (İnsan Resursları, Menecment və ya oxşar sahələr üzrə üstünlük veriləcək)
İş təcrübəsi tələb olunmur - iş sıfırdan öyrədiləcək
Güclü ünsiyyət bacarıqları MS Office proqramlarında sərbəst işləmə bacarığı
Məsuliyyətli, təşkilatçı və analitik düşünmə qabiliyyətinə malik olmaqKomandada və müstəqil işləmə bacarığı