Tibb bacısı (qardaşı)
AzəriMed QSC Baku Health/Medicine
Требования
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Описание

Tələblər:

· Yaş: 22-45 yaş;

· Təhsil: Tibb bacısı(qardaşı) işi üzrə orta ixtisas təhsili mütləqdir;

· Təcrübə: Stasionar şöbədə minimum 2 il iş təcrübəsi mütləqdir;

· Səhiyyə Nazirliyinin sertifikasiyası mütləqdir;

· İşində məsuliyyətli olmalıdır.

 

Требования

Vəzifə öhdəlikləri:

· Bütün tibbi prosedurların aparılması üçün həkiməqədər təcili tibbi yardım göstərmək;

· Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirmək;

· Pasiyentlərin müxtəlif növ tədqiqatlara, prosedurlara, əməliyyatlara və həkimin ambulator qəbuluna hazırlanmasını təmin etmək;

· Həkim təyinatının yerinə yetirilməsini təmin etmək;

· Pasiyentin və tibb heyətinin infeksiya təhlükəsizliyini təmin etmək, şöbədə olan bütün heyətin aseptika və antiseptika qaydalarına riayət etməsini təmin etmək;

· Tibbi sənədlərin müvafiq qeydiyyatının aparılması;

· İnyeksiyaların vurulması;

· Dərman və tibbi alətlərin saxlanılmasına nəzarət.

 

İş şəraiti:

· Əmək haqqı: 407 AZN

· Ünvan: Nərimanov rayonu, Asif Məmmədov küçəsi 30

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Tibb bacısı(qardaşı)” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün 055-455-58-70 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz

Обзор
Размещено: 16-10-2025
Диапазон зарплат: по договоренности
Контактная информация
Эл. почта: [email protected]
Применить

Поиск вакансий