Layihə meneceri
Xirman MMC Baku Project Management
Требования
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Описание

İşin təsviri

• Sürətlə böyüyən biznesimiz üçün yeni və strateji yerlərdə mağazalar açmaq və bu mağazaların idarə olunmasını təmin etmək məqsədilə əməkdaş axtarırıq.

• Bu vəzifədə çalışacaq namizəd, mağaza açılması planlaşdırılan ərazilərdə yer axtarışını aparacaq, potensial lokasiyaları qiymətləndirəcək, mağazanın qurulmasını təmin edəcək və idarə edəcəkdir.

Vəzifə və Məsuliyyətlər:

• Müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və müştəri tələblərinə görə layihənin qurulması və idarə edilməsi;

• Mağaza açılması planlaşdırılan ərazilərdə ətraflı yer araşdırması aparmaq

• Potensial mağaza məkanları üçün demoqrafik və kommersiya təhlili aparmaq

• Uyğun yerlər üçün kirayə və ya satınalma danışıqları aparmaq

• Mağaza açılışı prosesində lazım olan hazırlıqları təşkil etmək və açılışı koordinator etmək

• Mağazanın idarə edilməsinə nəzarət etmək və satış fəaliyyətini artırmaq

Требования

Tələblər:

• Araşdırma, təhlil və idarəetmə sahəsində təcrübəyə malik olmaq

• Ali Təhsil

• Təcrübə: Minimum 1-3 il

• Ticarət daşınmaz əmlak sahəsində bilik sahibi olmaq üstünlükdür

• Yaxşı ünsiyyət və danışıqlar aparmaq bacarığına malik olmaq

• Proaktiv, həll yönümlü və nəticə əldə edə bilən olmaq

İş Şəraiti:

• İş qrafiki: 6 gün

• İş Saatı: 09:00-18:00.

• Əmək haqqı: müsahibə əsasında təyin olunacaq

• İş ünvanı: Bineqedi yolu100

CV-lərinizi Layihə meneceri vakansiyanın adını qeyd edərək shahla.najafova@xirman.az email ünvanına göndərə bilərsiniz

Обзор
Размещено: 10-12-2024
Диапазон зарплат: 1500 - 1500 azn  
Контактная информация
Эл. почта: shahla.najafova@xirman.az
Применить

Поиск вакансий