GL ASC (Sizin Lombard) - Kredit Mütəxəssisi Vakansiyası
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Astara və Lənkəran filiallarında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.
Əsas Vəzifələr:
Aktiv satış fəaliyyətlərinin təşkili və potensial müştərilərin cəlb edilməsi;Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqələrin qurulması;Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə təqdim etmək və rəsmiləşdirmək;Yeni kredit məhsulları və satış metodları ilə bağlı təşəbbüskarlıq göstərmək;Müştərilərə operativ xidmət göstərmək, uzunmüddətli əməkdaşlıq üçün şərait yaratmaq və daxil olan şikayətləri operativ şəkildə həll etmək;Kredit analiz müraciətlərinin vaxtında icrası və kreditləşmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.
Tələblər:
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;Ali və ya natamam ali təhsil;Fərdi və komanda şəklində işləmə bacarığı;Kişi namizədlərə üstünlük verilir (arzuolunandır);Bank, bank olmayan kredit təşkilatları və ya lombardlarda kredit mütəxəssisi kimi təcrübəyə malik olan namizədlərə üstünlük verilir;Yüksək ünsiyyətqurma bacarığı və müştərilərlə işləmək qabiliyyəti;Microsoft Office proqramlarında (Word, Excel) işləmə bacarığı.
İş Qrafiki və Təkliflər:
İş günləri: Bazar ertəsi - Cümə, saat 09:00 - 18:00;Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir;Əlavə olaraq əməkhaqqının iki misli qədər bonus qazanmaq imkanı.
Müraciət Qaydası:
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini "Kredit üzrə mütəxəssis (Astara və ya Lənkəran filialı qeyd etməklə)" başlığı ilə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd:
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.Göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.
Əlaqə Məlumatları:
Telefon: (+994 50) 291 10 00Vebsayt: www.sizinlombard.az