İşə buraxılmadan əvvəl kompressorun bütün qurğu və avadanlıqlarına baxışın keçirilməsi və onların bütövlüyünü, sazlığını, texniki tələblərə uyğunluğunu yoxlamaq;
İdarəetmə sistemində siqnalların mövcudluğunu yoxlamaq, kompressor avadanlıqlarının tam dəst halında olmasını, boru birləşmələrinin bütövlüyünü yoxlamaq;
Aşkar edilmiş nasazlıq və uyğunsuzluqların aradan qaldırılması istiqamətində işləri yerinə yetirmək;
Kompressor qurğu və avadanlıqlarının işlək vəziyyətə gətirilməsi üzrə işləri yerinə yetirmək;
Texnoloji xəritəyə uyğun olaraq, pnevmatik və əllə idarə olunan siyirtmə və kranları lazımi vəziyyətə gətirmək;
Kompessor qurğu və avadanlıqlarının hava, yanacaq, start, hava kipkəc vəqaz kipkəc klapanlarının alqoritmə uyğun olaraq açıq və ya bağlı olmasını yoxlamaq;
Kompressor stansiyası sistemlərində işə salınmadan əvvəlki texnoloji rejim (səviyyələr, təzyiqlər, temperatur və s. göstəricilər) şərtlərinin yaradılması və məsul şəxslərə məlumat vermək;
Yerli və avtomatik idarəetmə sistemləri vasitəsilə kompressor qurğularını işə salmaq;Kompressor stansiyası sistemlərinin işə qoşulmasına,nəzarət-ölçü cihazlarının göstəricilərinə nəzarət etmək;
Texnoloji prosesin «dairəvi» və ya «magistral» rejimə salınmasını təmin etmək;Nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən kompressor aqreqatlarının və mühərriklərin təhlükəsiz işləməsinə və qoyulmuş texnoloji rejimə nəzarət etmək;
Mühərriklərin kritik göstəricilərinə nəzarət etmək;Kompressor aqreqatlarının giriş və çıxışlarında təbii qazın temperatur vəVəzifə öhdəlikləri (funksiyalar) təzyiq göstəricilərinə nəzarət etmək;
Mühərrikin və kompressorun dövrləri sayına nəzarət etmək;
Kompressor aqreqatlarının qabaq və arxa, üfüqi və şaquli titrəyiş göstəricilərinə, kompressorun valının öz oxu boyunca yerdəyişməsinə nəzarət etmək;
Kompressor aqreqatlarının dayaq və dirək yastıqlarının aktiv və passiv hissələrində temperatur göstəricilərinə nəzarət etmək;Mühərrik və kompressor bölmələrində qaz dolmaya nəzarət etmək;
Kompressorun antipompaj ehtiyatını müəyyən etmək;
Kompressor və mühərrik bölmələrində aqreqatların,texnoloji avadanlıqların işinə vizual nəzarət etmək;
Nəzarət-ölçü cihazları və impuls havasının (qazının) təzyiqinə nəzarət etmək və tənzimləmək;Müəyyən edilmiş vaxtlarda texnoloji rejim parametrlərinin qeydiyyatını aparmaq;
Nəzarət-ölçü cihazlarının göstəricilərində, kompressor aqreqatlarının və mühərriklərin işində müşahidə edilən uyğunsuzluqlar barədə dərhal məsul şəxslərə məlumat vermək;
Kompressor aqreqatlarının və mühərriklərin təhlükəsiz işinin, verilmiş texnoloji rejimin bərpa edilməsi üçün tənzimləyici tədbirləri yerinə yetirmək və nəticəsi barədə məlumat vermək;
Yerli və avtomatik idarəetmə sistemləri vasitəsilə kompressor qurğusunun normal və ya qəza hallarında təhlükəsiz qaydada dayandırılmaq;
Texnoloji qurğu və avadanlıqlarda qalmış təbii qazın şama üfürülməsinin yerinə yetirilməsi, daxili konturun boşalmasına nəzarət etmək;
Peşə təlimatından irəli gələn vəzifə və funksiyaların yerinə yetirilməsi ilə əlaqədar stansiya rəhbərliyinin digər tapşırıqlarını icra etmək;
Texnoloji prosesin aparılmasında iştirak edən aşağı ixtisas dərəcəli fəhlələrin işinə rəhbərlik etmək;İş yerinin işə hazırlığı və işin sonunda yığışdırılması, avadanlıq və ləvazimatın lazımi səviyyədə saxlamaq;
İş prosesi zamanı əməyin mühafizəsi qaydalarına, tullantıların idarəedilməsi proseduruna əməl etmək;
Qəza hallarında qəzaların ləğvi planına uyğun hərəkət etmək;
Rəhbərlik tərəfindən ayrılmış sahələrdə təmizlik və abadlıq işlərinin aparmaq.
Təhsil əhatəsi Orta-ixtisas təhsili Müvafiq sahə üzrə
MəsuliyyətNizam-intizamDürüstlükSəriştəlik və digər tələblər
Etik davranış
Peşəkarlıq
Şifahi özünüifadə
Detallara diqqət
Keyfiyyət yönümlülük
Texnoloji proseslərə avtomatik nəzarət və idarəetmə proqramını bilməli;
İş növləri və peşələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatları bilməli;
Keyfiyyət idarəetmə sistemini bilməli;
Əməyin sağlamlığı və təhlükəsizliyi sistemini bilməli;
Ətraf mühitin idarə edilməsi sistemini bilməli;
Fəaliyyəti tənzimləyən daxili normativ sənədləri bilməli;
Texnoloji avadanlıq-qurğuların istismarı qaydalarını bilməli;
Texnoloji avadanlıq-qurğulara baxışın keçirilməs qaydasını bilməli;
Texnoloji avadanlıq-qurğulara qulluq qaydalarını bilməli;
Texnoloji avadanlıq-qurğuların təmirini bilməli;
Texnoloji avadanlıq-qurğuların sökülməsini bilməli;
