"REGİONAL" Bank Olmayan Kredit Təşkilatı Lombard kreditləri sahəsində geniş təcrübəsi olan və öz komandası ilə birlikdə işləməyə hazır olan Filial Müdiri axtarır. Vəzifə öhdəlikləri: ✔ Lombard kredit portfelinin formalaşdırılması və idarə olunması; ✔ Filialın strateji və operativ idarə edilməsi; ✔ Komandanın effektiv fəaliyyətini təmin etmək; ✔ Müştəri bazasının genişləndirilməsi və kredit risklərinin idarə olunması; ✔ Satış və xidmət keyfiyyətinin artırılması.
Tələblər: ✔ Lombard kreditləri sahəsində ən azı 3-5 il təcrübə; ✔ Mövcud Komandası olsun; ✔ Komanda ilə birlikdə işləmək imkanı; ✔ Güclü rəhbərlik və satış bacarıqları; ✔ Kredit risklərinin qiymətləndirilməsi üzrə biliklər; ✔ Bank və ya maliyyə sektorunda idarəçilik təcrübəsi üstünlükdür. Biz nə təklif edirik? ✔ Rəqabətli əmək haqqı və bonus sistemi; ✔ Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; ✔ Geniş müştəri bazası ilə işləmək imkanı. Diqqət! Şəkilsiz CV-lərə baxılmayacaq. Başlıq hissəsində "Filial müdiri" yazaraq CV-lərinizi göndərin.
