Avadanlıq operatoru
"Az Protein Foods Group" MMC Bakı Production/Manufacturing
Требования
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Описание

Vəzifə öhdəlikləri:

- Texnoloji avadanlıqların işə salınması və istehsala başlamaq üçün sınaqdan keçirilməsi,

- İstehsal olunacaq məhsullar üçün ətin, əlavə komponentlərin vaxtında planlaşdırılması və şöbəyə qəbulu,

- Xammalın müvafiq anbardan emal üçün götürülməsi,

- Qiymənin ət komponentlərinin reseptə uyğun miqdarının seçilməsi və qiymə mikserinə yüklənməsi,

- Xammalın mikserlə üyüdülməsi prosesinin icra edilməsi,

- Ət qarışdırıcıda və yaxud kutter avadanlığında emal etməklə qiymənin hazırlanması,

- Qarışdırma prosesinin ardıcıllığına riayət edilməsi,

- Qiymədə komponentlərin vahid paylanmasına və texnoloji təlimatın tələblərinə uyğun olaraq emal ardıcıllığına riayət olunması,

- Hazır qiymənin ət qarışdırıcıdan və ya kutter avadanlığından boşaldılması və sonrakı emal üçün verilməsi,

- Hazır qiymənin növbəti istehsal mərhələsinə ötürülməsi,

- İstifadə edilən avadanlıqların qaydaya uyğun açılması, təmizlənməsi və lazım gəldikdə yuyulması, avadanlıqların saz vəziyyətdə saxlanılması üzrə işlərin icrası,

- Avadanlıqlarla bağlı günlük müvafiq qeydiyyatların aparılması.

Требования

Namizədə Tələblər:

· Yaş həddi: 25 - 45 yaş

· Ət və ət məhsullarının istehsalı üzrə avadanlıqlarda 3 – 5 il təcrübəsinin olması,

· Qida istehsalı sahəsi üzrə avadanlıqlarla işləmək bacarığı, avadanlıqlar barəsində nəzəri və praktiki biliklərin olması,

· İngilis dili biliyi arzuolunandır,

· Ofis proqramları orta səviyyədə.

Əmək haqqı: 700 - 800 manat

İş qrafiki: 6 günlük

Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servis fəaliyyət göstərir (müəssisə Buzovnada yerləşir).

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Обзор
Размещено: 14-08-2024
Диапазон зарплат: 700 - 800 azn
Контактная информация
Эл. почта: [email protected]
Применить

Поиск вакансий