Əsas vəzifə öhdəlikləri:
· Şirkətin daxili nəzarət şöbəsi strukturlarında görülmüş işlər barədə müəyyan edilmiş müddətlərdə dövrü və illik hesabatların əldə edilərək ətraflı təhlil edilməsi;
· Bizneslərdən əldə edilmiş müvafiq hesabat məlumatlarının analiz edilməsi, aşkarlanmış problem və kəsrlərin yaranma səbəbləri haqqında DNŞ - nin rəhbərinin məlumatlandırılması və icmal hesabat şəklində təqdim edilməsi;
· Struktur bölmələrdən daxil olan, araşdırma zərurəti yaranmış ilkin məlumatların qiymətləndirilməsi, birbaşa rəhbəri tərəfindən təyin edilmiş xidməti təminat bölgüsünə əsasən, məhsulun əməkdaşa yönləndirilməsi, icra müddətinin təyini və işin gedişatına nəzarət edilməsi;
· Risklərin müəyyən edilməsi və idarəedilməsi məqsədilə yoxlama apardığı struktur bölmələrdə neqativ halların müəyyən edilməsi, onların yaranmasına səbəb olan amillərin aradan qaldırılması, habelə qabaqlanması məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi;
· Yoxlama, monitorinq va araşdırma nəticəsində müəyyən edilmiş neqativ fakt və çatışmazlıqlar barədə DNŞ - nin rəhbərinə məlumat verilməklə, subordinasiya qaydasında yoxlanılan strukturun, bölmə və ya əməkdaşının rəhbərinə iradnamə, tələbnamə, təqdimat, xidməti məktub va təkliflərin göndərilməsi;
· Şirkətə aid olan struktur və bölmələrdə nağd pul vəsaitlərinin, mövcud mal - materialların planlı şəkildə və ya qəfil inventarizasiyasının həyata keçirilməsi, buna dair məsul şaxslərin təsdiqi ilə müvafiq aktların tərtib edilməsi;
· Əvvəlki dövrlər üçün anbar, satış nöqtələri və ya istehsalat sahələrində aparılmış inventarizasiya nəticələrinin yoxlanılmasının təşkili, zəruri düzəlişlərin edilməsi üçün DNŞ - nin rəhbərinin məlumatlandırılması.
İş şərtlərimiz:
· İş qrafiki : Tam iş günü (5 gün);
· İş qrafiki : 09:00-18:00
· İş yeri : Avrora MMC (Höküməli qəsəbəsi)
Biz nə təklif edirik:
• Əmək bazarında rəqabətli əməkhaqqı;
• İşçilərə qayğı proqramı;
• Peşəkar komanda mühiti;
• Nahar;
• Təlim və inkişaf imkanları.
Tələb olunan bilik və bacarıqlar :
· Analitik təhlil və proqnozlaşdırma bacarığı;
· Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə bacarığı;
· Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
· Kollektivdə işləmə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
· Sahə üzrə 1-3 il iş təcrübəsi;
· Azərbaycan dili mükəmməl, ingilis və rus dillərini bilməsi üstünlükdür.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili nəzarət üzrə Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.