“ParaBokt”-dan Bakı şəhəri və Gəncə, Tovuz, Qazax, Fizuli, Beyləqan, Salyan, İsmayıllı, Yevlax, Mingəçevir, Şəki, Göyçay, Qəbələ bölgə filialları üzrə əmək haqqı+bonuslu təcrübə proqramı
Karyeranı satış təmsilçisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirmək istəyirsənsə, səni peşəkar komandamıza qoşulmağa dəvət edirik.
Öhdəliklər
· Təlimlərdə aktiv iştirak etmək
· Təlimlərdə keçilənləri mənimsəmək və tətbiq etmək
· Təlimçi və mentorla interaktiv işləmək
· Satış üzrə nəzəri və praktik bacarıqlarını inkişaf etdirmək
Tələblər
· Yaşı 18-dən 25-ə qədər (Ali və ya orta ixtisas təhsili alan tələbələr və ya ali və ya orta ixtisas təhsilini bitirmiş gənclər)
· Karyerasını satış işində görmək
· Öyrənməyə açıq olmaq
· Hədəflərlə işləməyi bacarmaq
· Pozitiv ünsiyyət bacarığı
· Komandada işləməyə meyilli olmaq
Sizə nə vəd edirik:
· Peşəkar təlimçilərdən müasir satış üsullarını öyrənmə imkanı,
· Təcrübəçilərə yaşadıqları ünvana yaxın filiallarda təcrübə proqramı keçmək imkanı
· Ə/h+bonus
Qeyd: Təcrübə full-time şəkildə 3 ay müddətinə keçiriləcək. Bu müddəti uğurla keçən namizədlər işə qəbul ediləcəklər.
Maraqlanan şəxslər [email protected] ünvanına "təcrübə proqramı (müvafiq region üzrə)” yazaraq cv-lərini göndərə bilərlər.
