İnformasiya texnologiyaları üzrə mütəxəssis
Требования
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Описание

Vəzifə öhdəlikləri:

İnstitutun kompüter, server və şəbəkə avadanlıqlarının əməliyyat sistemlərinin quraşdırılması, konfiqurasiya edilməsi və işlək vəziyyətdə saxlanmasını təmin etmək;

İnstitutun Aparatının kompüter istifadəçilərinə ümumi təyinatlı proqram təminatı, kompüter və ofis avadanlığı üzrə texniki dəstəyi təşkil və təmin etmək;

İnstitutun fəaliyyəti üçün alınacaq kompüter, server və şəbəkə avadanlıqlarının və onların proqram təminatının parametrlərini müəyyən etmək və texniki tələblərin müəyyən olunmasını həyata keçirmək;

informasiya sistemlərinin istismarı ilə əlaqədar mütəmadi olaraq monitorinqlər və təhlillər aparmaq, həmin məsələlərin həlli üzrə təkliflər hazırlamaq, aşkar edilən problem və nasazlıqları aradan qaldırmaq;

İnstitutun lokal və qlobal şəbəkələrinin yaradılması, dəstəklənməsi üzrə işləri yerinə yetirmək;

İnstitutun informasiya sistemlərində informasiya təhlükəsizliyinin təmin olunması, qəza hallarının və səhvlərin təsirinin azaldılması, eləcə də nəticələrinin aradan qaldırılması üçün tədbirlər görmək;

İnstitutun internetini və internet xidmətindən istifadəni təşkil edir, habelə elektron sənəd dövriyyəsinin fəaliyyəti ilə bağlı işlər görmək;

İnstitutun informasiya sistemlərindən fasiləsiz istifadənin təmin edilməsi məqsədilə dəstək göstərmək;

İnstitutun mövcud olan proqram təminatına, təşkilati texniki vasitələrə xidməti təşkil etmək, onların işlək vəziyyətdə olmasını təmin etmək;

İnstitutun əməkdaşlarına informasiya texnologiyaları sahəsində praktiki köməklik göstərmək, proqram və texniki vasitələrin quraşdırılmasını təmin etmək.

Требования

Namizədə olan tələblər:

Təhsilə dair tələblər: informasiya texnologiyaları, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, sistem mühəndisliyi, kompüter mühəndisliyi, kompüter elmləri, proseslərin avtomatlaşdırılması mühəndisliyi, riyaziyyat və informatika müəllimliyi, informatika müəllimliyi, informasiya təhlükəsizliyi ixtisasları üzrə ali təhsil.

İş stajına dair tələblər: 3 il ixtisas üzrə iş stajı

Kompüter biliklərinə dair tələblər:

server avadanlıqları HP ProLiant, Dell PowerEdge və şəbəkə avadanlıqları Switch (L2, L3), Access Point, Router (Cisco, Ubiquiti, MikroTik və s.) quraşdırılması və sazlanması;

server əməliyyat sistemlərinin (Windows Server (AD, DNS, RDS, GPO), Linux) quraşdırılması, sazlanması və idarə olunması;

Exchange Server ilə iş təcrübəsi;

müxtəlif əməliyyat sistemlərinin və proqram təminatının quraşdırılması və sazlanması (Microsoft Windows 7/8/8.1/10/11), Microsoft Office 2003/2007/2010/2013/2016/2019 və s. printerlərin sazlanması və periferiya qurğularında ortaya çıxa biləcək problemlərin aradan qaldırılması;

elektron sənəd dövriyyəsi ilə işləmə təcrübəsi.korporativ poçt ilə işləmə bacarığı (Microsoft Outlook və s.).

Dil bilikləri: Azərbaycan dili (ingilis dili B 2 səviyyəsində tələb olunur, rus dilini bilmək arzuolunandır).

Şəxsi xüsusiyyətlər:

məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət keyfiyyətlərə sahib olmaq;
yaxşı ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı.

Digər məlumatlar:

Əvvəlki təcrübə haqqında ətraflı məlumat və fotoşəkil əlavə edilmiş CV, mövzu sətrində vakansiyanın adı qeyd olunmalı və 19 sentyabr 2023-cü il (saat 15:00-dək) tarixinədək [email protected] email-nə göndərilməlidir.

Обзор
Размещено: 14-09-2023
Диапазон зарплат: 1000 - 1500 azn  
Контактная информация
Эл. почта: [email protected]
Применить

Поиск вакансий