Vəzifə üzrə öhdəliklər:
· B2B satış ilə bağlı bazar araşdırmalarının aparılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
Bazardakı satış qiymətlərinin monitorinqi və rəqiblərin analiz edilməsi;Korporativ müştərilərlə satış üçün danışıqların aparılması və müştəri tələblərinə əsasən təkliflərin hazırlanması;Müştəri bazasının (excel) formalaşdırılması və mütəmadi olaraq yenilənməsinin təmin edilməsi;B2B satışla bağlı sənədləşmə işlərinin (müqavilə, uçot, təhvil təslim və digər) aparılması və arxivləşdirilməsi;Müştəri müqavilələri üzrə nəzarətliliyin (şərtlərin danışılması və icrasına tam nəzarət, problemlərin həll edilməsi) təmin edilməsi;Debitor borclar üzrə ödənişlərin təqibi, gecikən ödənişlər üzrə müştərilər ilə danışıqların aparılması və ödənişlərin vaxtlı-vaxtında yığılmasının təmin edilməsi;Anbar qalığına daim nəzarət edilməsi, çatdırılmaların müvafiq struktur bölmələrlə koordinasiya edilməsi və çatdırılma prosesinin sona qədər təqib edilməsi;Struktur bölmə rəhbəri ilə əvvəlcədən razılaşdırılmış dövri (günlük, həftəlik, aylıq) plan əsasında müştəriləri ziyarət etmək;Rəhbərliyə dövri (günlük, həftəlik, aylıq) fəaliyyət hesabatının məruzə edilməsi;Rəhbərlik tərəfindən hər ay təqdim edilmiş satış hədəflərinin icra edilməsi;Rəhbərliyin tələb etdiyi hesabatların vaxtında hazırlanıb təhvil verilməsi;Satışın inkişaf etdirilməsi üzrə təkliflər planının hazırlanıb rəhbərliyə təqdim olunması;Marketinq şöbəsinin təşkil etdiyi tədbirlərdə, promo aksiyalarda iştirak etmək, və partnyorların marketinq təşəbbüslərini koordinasiya etmək.
İş şəraiti:
§ AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
§ İş vaxtı: 6 günlük, istirahət günü: bazar
§ İş yeri: Bakı şəhəri
Vakansiyaya müraciət üçün CV-ləri “Topdansatış üzrə mütəxəssis” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Əlaqə nömrəsi: 051 215 73 33
Namizədə Tələblər:
· Ali və ya orta ixtisas;
· Minimum 1 il iş təcrübəsi (Topdansatış sektoru, ictimai iaşə sektoru, pərakəndə satış sektoru);
· Ünsiyyət bacarıqları, analitik düşüncə, vaxtın idarə olunması, detallara diqqətli olmaq, gərginliyə davamlı, komandada işləmək bacarığı;
· MS Office proqramlarında işləmək bacarığı;
· Azərbaycan dili əla, Rus dili üstünlükdür.