Vəzifə Öhdəlikləri:
Laboratoriya cihazları, avadanlıqlar, reaktivlər və digər tibbi ləvazimatların satışını təşkil etmək və həyata keçirmək;
Yeni müştərilər cəlb etmək və mövcud müştərilərlə əlaqələri davamlı olaraq gücləndirmək;
Müştərilərlə görüşlər təşkil edərək yeni məhsullar, nümunələr və xidmətlər barədə ətraflı məlumat vermək;
Müştəri məmnuniyyətini ən yüksək səviyyədə təmin etmək və müsbət, uzunmüddətli əlaqələr qurmaq;
Təyin olunmuş satış hədəflərini müəyyənləşdirmək və bu hədəflərə çatmaq üçün effektiv strategiyalar hazırlamaq;
Satış prosesinin hər bir mərhələsini izləmək, təhlil etmək və satış fəaliyyətlərini optimallaşdırmaq;
Satış hesabatlarını müntəzəm olaraq hazırlayıb rəhbərliyə təqdim etmək.
İş Şəraiti:
Əmək haqqı: 626-1326 AZN (Namizədin bilik və bacarıqlarına əsasən dəyişir)
İş rejimi: I-V günlər - 09:00-18:00.Peşəkar inkişaf imkanları və komandada iş mühiti.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satış meneceri” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-440-74-04 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Tələblər:
Ali təhsil (biomühəndislik ixtisası üstünlük təşkil edir);
Tibbi biliklərə və ya tibb sahəsində təcrübə;
Xarici dil biliyi (İngilis dili və ya rus dili);
Satış meneceri və ya müvafiq sahədə minimum 1 il təcrübə;
Əla ünsiyyət və təqdimat bacarıqları, təqdimat və təkliflər hazırlamaq bacarığı;
Komanda ilə işləmə bacarığı, təşəbbüskar və nəticə yönümlü yanaşma.


Baku 




Telegram
Facebook
Linkedin