Qrafik dizayner
Radius PLus MMC Baku Design
Requirements
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Description

Şirkətin daxili və xarici kommunikasiya ehtiyacları üçün qrafik dizayn materiallarının hazırlanması

Veb və çap üçün vizual dizaynların yaradılması (postlar, bannerlər, flayerlər, afişalar, kataloglar və s.)

Kampaniya və aksiyalar üçün kreativ dizayn konseptlərinin hazırlanması

Şirkətin korporativ üslubuna uyğun dizaynların hazırlanması və brend standartlarının qorunması

Mövcud dizayn materiallarının yenilənməsi, təkmilləşdirilməsi və arxivləşdirilməsi

Marketinq komandası ilə koordinasiyalı şəkildə işləyərək dizayn tapşırıqlarının vaxtında icrası

Verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirməli, daim görülən işlər barədə müvafiq hesabatların verməsi

Günlük dizayn işləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi

İş şəraiti:

İş saatı : 09:00-18:00

Nahar şirkət tərəfindən qarşılanır

İş rejimi: Həftənin 6 günü; istirahet günü - bazar

İş yeri: Babək pr., M.H.Kazımov küç., 8

Şirkət: Radius Təkər Mərkəzi

Müraciət qaydası:
Maraqlanan namizədlər CV-ni və portfolio linkini “Qrafik dizayner” mövzusu ilə [email protected] ünvanına göndərə bilərlər. Portfolio təqdim edilməsi mütləqdir.

Requirements

Cins: Kişi / Qadın

Yaş həddi: 25-35 yaş

Ali təhsil

Oxşar vəzifə üzrə 3 il iş təcrübəsi

Adobe Photoshop və Adobe Illustrator proqramlarında yüksək səviyyədə işləmə bacarığı

Dil bilikləri: Azərbaycan və Rus dilləri səlis (İngilis dili - texniki terminləri anlama səviyyəsində üstünlükdür)

Dizayn trendləri barədə məlumatlı olmaq

Kreativ və analitik düşünmə qabiliyyəti

Detallara diqqət, məsuliyyətlilik və işə ciddi yanaşma

Komanda ilə işləmək və tapşırıqları vaxtında icra etmək bacarığı

İşgüzar ünsiyyət etiketi və yazışmalar üzrə bilik və bacarıqlar

Şəxsi keyfiyyətlər: intizamlı, məsuliyyətli, punktual, diqqətli, ünsiyyətcil və çalışqan

Komandada işləmək bacarığına malik olan

Overview
Posted: 26-12-2025
Salary Range: 700 - 900 azn  
Employer Contact
Contact Email: [email protected]
Apply Now

Job Search