Vəzifə öhdəlikləri:
· Sosial media platformalarından gələn mesajları və şərhləri vaxtında cavablandırmaq;
· Vebsaytda daxil olan sorğuları operativ şəkildə işləmək və müştərilərə dəqiq cavab vermək;
· Şirkətin saytına yeni məhsulları yükləmək və mövcud məhsulların məlumatlarını lazım gəldikdə yeniləmək;
· Müştəri məmnuniyyətini yüksək səviyyədə saxlamaq və yaranan problemləri həll etmək;
· Şirkətin təqdim etdiyi məhsullar və xidmətlər barədə müştərilərə ətraflı məlumat vermək.
Əsas tələblər:
· Müştəri xidməti sahəsində iş təcrübəsi;
· Səlis ünsiyyət bacarıqları və müştəri yönümlü yanaşma qabiliyyəti;
· Azərbaycan və Rus dillərində səlis danışıq (İngilis dili üstünlükdür);
· Sosial media platformaları və müştəri dəstək sistemləri ilə iş bacarığı;
· Problem həll etmə və sürətli reaksiya vermə bacarığı;
· Komandada işləmə bacarığı və detallara diqqət yetirmək qabiliyyəti;
İş şərtləri:
-6 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər
-İş yeri: Bakı şəh., Nərimanov ray., Ə.Rəcəbli 156A
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Müraciətlər və kontent üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.