2013-cü ildən etibarən fəaliyyət göstərən Monetri BOKT MMC, maliyyə xidmətləri sahəsində müştərilərinə etibarlı, operativ və keyfiyyətli xidmət göstərmək prinsipini əsas tutaraq, ölkənin müxtəlif bölgələrində genişlənən filial şəbəkəsi ilə fəaliyyətini davam etdirir. Şirkətimizin prioritet məqsədlərindən biri də işçi heyətimizi gələcək uğurların təməli olan kapital kimi qiymətləndirməkdir. İnsan kapitalının inkişafı, insan resurslarının idarə edilməsində çevik və müasir metodların tətbiqi, kollektiv arasında motivasiyanın yüksəldilməsi, bilik və bacarıqların artırılması yönündə müxtəlif layihələrdə iştirak, performans dəyərləndirməsi, keyfiyyətli iş mühitinin yaradılması prioritet məqsədlərimizdəndir.
Vakansiya: Kredit Mütəxəssisi(Bakı)
Əsas vəzifələri:
İstehlak kreditləri üçün müraciətləri qəbul etmək və qiymətləndirmək.
Müştərilərlə danışıqlar aparmaq.
Müştəri şəbəkəsinin genişləndirilməsi;
Kredit risklərini qiymətləndirmək və müştərilərin maliyyə vəziyyətini təhlil etmək.
Kreditlərin ödənişini izləmək və gecikmiş ödənişlər olduqda tədbirlər görmək.
Müştərilərə kreditlərlə bağlı məsləhətlər vermək və onlara ən uyğun kredit məhsullarını təklif etmək.
Kredit portfelinin idarə olunmasında iştirak etmək.
Tələb olunan keyfiyyətlər:
Kreditlərlə bağlı biliklər və təcrübə.
Müştərilərlə ünsiyyət qurmaq bacarığı.
Analitik düşünmə qabiliyyəti.
Müştəri ilə işləmək bacarığı.
Komanda ilə işləmək bacarığı.
Azərbaycan dili mükəmməl səviyyədə.
İş şəraiti:
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
Korporativ nömrə ilə təmin edilmə;
Əmək haqqı 1000 manat və aylıq bonus.
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Kredit Mütəxəssisi(Bakı)” başlığı ilə [email protected] elektron ü̈nvanına göndərməkləri xahiş olunur.
Müraciət etmək üçün: [email protected]
