Təchizatçı
Requirements
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Description

Vəzifələr:
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunması;
- Təchizatçıların seçimi və qiymətləndirilməsi;
- Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.

Requirements

- Təchizat və satınalma prossesləri və ümumi prinsiplərini anlamaq
- Təchizatın planlaşdırılması və təchizatçıların performansının qiymətləndirilməsi bacarığı
- Danışıqların aparılması bacarığı, təchizatçıların arasında düzgün seçim etmək bacarığı
- Bazarı təhlil etmək bacarığı
- Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı
- Satınalma müqavilələrin tərtibatı haqda ümumi anlayış
- Dil bilikləri: Azərbaycan və Rus dilləri - mükəmməl səviyyədə,
- MS Office proqramları

İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- Həftədə 6 iş günü 09:00-18:00

Xahiş olunur ancaq vakansiya üzrə təcrübəsi olan namizədlər şəkilli cv-lərini Təchizatçı qeyd edərək [email protected] elektron ünvanına göndərsinlər.

Overview
Posted: 02-10-2024
Salary Range: 700 - 800 azn  
Employer Contact
Contact Email: [email protected]
Apply Now

Job Search