Smeta üzrə kiçik mühəndis
Avant Group MTK Baku Civil/Construction
Requirements
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Description

· Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi;

· Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;

· İnşa olunacaq obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, tikinti-quraşdırma işlərinin icrası üçün verilməsinin təmin edilməsi;

· Tikintidə istifadə olunan materialların smeta və norma sənədlərində spesifikasiyası üzrə adlandırılmasını, anbar və mühasibat uçotunda eyniadlı material lüğətindən istifadəni təşkil etmək;

· Tikintidə istifadə olunan materialların təyinatı üzrə klasifikasiya və nomenklatura qrupıaşmalarını yaratmaq.

· Tikinti ərazisinə baxış keçirilməsi, layihə və cari kəmiyyətlər üzrə fərqlərin müqayisə olunub aşkar edilməsi;

· Layihəyə dair aylıq texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Fоrmа N (М-29), Xərc analizi)

· Bilməlidir:

· Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlarını;

· Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını;

· Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.

İş qrafiki: 6 gün

Nahar şirkət tərəfindən təmin edilir.

Əmək haqqı: 1000 AZN net

Requirements

Vəzifəyə olan tələblər:

Ali təhsil (İnşaat üzrə);

Tikinti sahəsində iş təcrübəsi;

MS Office (Word, Excel), AutoCad proqramlarını yüksək səviyyədə bilməli;

Müstəqil və ya komanda daxilində işləmək bacarığı;

İnşaat norma və qaydalarını bilməlidir;

Overview
Posted: 05-12-2024
Salary Range: 1000 - 1100 azn  
Employer Contact
Contact Email: [email protected]
Apply Now

Job Search