Vəzifə Haqqında:
Biz komandamıza fabrikdə məhsulların, ehtiyatların və digər malların dəqiq sayımını, qeydiyyatını və uçotunu aparılmasını təmin edən Sayımçı axtarışındayıq . Bu rolda sizin əsas məqsədiniz məhsul hərəkətinin izlənməsi və anbar qalığının dəqiqliyini təmin etməkdən ibarət olacaqdır.
İş Barədə Məlumat:
İş yeri : Hacıqabul şəhəri;
Məhsul, xammal və digər anbar ehtiyatlarının gündəlik, həftəlik və aylıq sayımını həyata keçirmək;
Anbarda olan malların uçotunu aparmaq və faktiki qalığı sistemdə qeydiyyata almaq;
Sayım nəticələrini analiz etmək və uyğunsuzluqları aşkarlayaraq rəhbərliyə məlumat vermək;
Məhsulların qəbulunda, yüklənməsində və boşaldılmasında iştirak etmək;
Anbarda olan məhsulların dövriyyəsi ilə bağlı hesabatlar hazırlamaq;
Şirkət prosedurlarına uyğun olaraq inventarizasiyanın təşkili və icrasında iştirak etmək;
Uyğunsuzluq hallarında səbəbləri araşdırmaq və müvafiq hesabat təqdim etmək;
6 günlük iş rejimi (08:00 - 17:00);Nahar şirkət tərəfindən təmin edilir;
· Servis mövcüddur ( Hacıqabul, Şirvan və Sabirabad rayonlarından servis xidmətimiz fəaliyyət göstərir );
Əmək haqqı : Müsahibə əsasında.
Tələblər:
Mühasibatlıq, logistika və ya iqtisadiyyat sahəsində təhsil üstünlükdür;
Sayım, anbar uçotu və inventarizasiya sahəsində təcrübə (ən azı 1 il);
Hacıqabul, Şirvan və Sabirabad ray. olan namizədlərə üstünlük veriləcəkdir;
MS Office proqramlarında, xüsusən Excel-də işləmə bacarığı;Dəqiqlik, məsuliyyət və analitik düşüncə bacarığı;
ERP və ya digər anbar uçotu sistemləri ilə iş təcrübəsi üstünlükdür;
Komanda ilə işləmə bacarığı və sürətli qərarvermə qabiliyyəti;
Anbar mühitində işləmək üçün fiziki dözümlülük.
![](https://vakansiya.az/components/com_jsjobs/images/popup-close.png)