● Nəzarətçi ona həvalə edilmiş vəzifəyə uyğun olaraq müxtəlif metodlar vasitəsi ilə mağazanın daşınan və daşınmaz malını, əmlakını mühafizə edir;
● Mağazanın buraxılış və obyektdaxili rejimlərinə nəzarət etmək;
● Mağaza Nəzarət fəaliyyətini icra edən zaman ayıq-sayıq olmaq və fasilələrə yol verməmək;
● Nəzarət olunan obyektə gətirilən və ya obyektdən çıxarılan məhsul, material, əmlak və xammala dair müvafiq sənədləri tələb etmək;
● Faktiki olaraq gətirilən və ya çıxarılan yükün miqdarının müşayiətedici sənəddə göstərilmiş yükün miqdarı və adları ilə uyğunluğunu yoxlamaq;
● Müəssisəyə məxsus olan əmtəə-maddi dəyərlərin oğurlanması haqqında məlumatların mövcudluğu zamanı rəhbərliyinin göstərişlərinə uyğun olaraq müvafiq icra orqanlarına xəbər vermək;
● Mühafizə olunan obyektin işçilərindən və digər şəxslərdən buraxılış rejiminə, obyektdaxili rejimə riayət olunmasını tələb etmək;
● Əməkdaşların giriş və çıxış zamanı əşyalarını texniki vasitələr tətbiq etməklə və ya tətbiq etmədən nəzərdən keçirmək;
● Nəzarət olunan obyektə münasibətdə hüquq pozuntusu baş verdikdə onun baş vermə vaxtı, yeri, halları, hüquq pozuntusu törədən şəxsin saxlanması, fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiq edilməsi zərurətini əsaslandırmaq;
● Risk amillərini müəyyən etmək və qarşısını almaq;
● Səmimi, nəzakətli və səbirli yanaşma;
● Dəqiq və gərgin iş qrafikinə əsasən səmərəli işləmək;
● Problemləri həll etmək bacarığı;
● Etibarlı və məsuliyyətli olmaq;
● Yüksək diqqət;
● Fiziki və mənəvi dözümlülük;
● Məxfilik.
İşə qəbul həftə içi V gün, saat 09:00-15:00-da Mərkəzi İdarədə / Binəqədi rayon, Dərnəgül şossesi, Ziya Bunyadov 13, FAB binasının yanında aparılır.
Həmçinin CV-lərinizi "mövzu" yerinə "Nəzarətçi " qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiz.