Müraciətlər və kontent üzrə mütəxəssis
Caspian Cable Systems MMC Baku Customer Service
Requirements
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Description

Vəzifə öhdəlikləri:

· Sosial media platformalarından gələn mesajları və şərhləri vaxtında cavablandırmaq;

· Vebsaytda daxil olan sorğuları operativ şəkildə işləmək və müştərilərə dəqiq cavab vermək;

· Şirkətin saytına yeni məhsulları yükləmək və mövcud məhsulların məlumatlarını lazım gəldikdə yeniləmək;

· Müştəri məmnuniyyətini yüksək səviyyədə saxlamaq və yaranan problemləri həll etmək;

· Şirkətin təqdim etdiyi məhsullar və xidmətlər barədə müştərilərə ətraflı məlumat vermək.

İş şərtləri:

6 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər

Əmək haqqı: 650 AZN

İş yeri: Bakı şəh., Nərimanov ray., Ə.Rəcəbli 156A

Requirements

Əsas tələblər:

· Müştəri xidməti sahəsində iş təcrübəsi;

· Səlis ünsiyyət bacarıqları və müştəri yönümlü yanaşma qabiliyyəti;

· Azərbaycan və Rus dillərində səlis danışıq (İngilis dili üstünlükdür);

· Sosial media platformaları və müştəri dəstək sistemləri ilə iş bacarığı;

· Problem həll etmə və sürətli reaksiya vermə bacarığı;

· Komandada işləmə bacarığı və detallara diqqət yetirmək qabiliyyəti;

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Müraciətlər və kontent üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Overview
Posted: 04-12-2024
Salary Range: 600 - 700 azn  
Employer Contact
Contact Email: [email protected]
Apply Now

Job Search