Konstruktor
Grand Texnika Baku Construction
Requirements
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Description

- Metal-konstruksiya, dəmir-beton layihələrinin işlənib hazırlanması
- Tikinti sahəsində və ondan kənarda işləyən layihə qrupu üçün konstruktorun tapşırıqlarının növbəliliyini və iş qrafikini müəyyən etmək və təsdiqləmək.
- Toplantılar keçirmək, hesabatlar tərtib etmək, sənədlər hazırlamaq və müqavilə çərçivəsində sahibkar, konstruktor və subpodratçılar ilə danışıqlar aparmaqda layihə menecerinə köməklik göstərmək.
- Məqsədli iş qruplarında və tikinti vasitələri və üsullarının qiymətləndirilməsində iştirak etmək və öyrəndiyi ən yaxşı təcrübələri tətbiq etmək.
- Təqdim olunmuş sənədlərin və layihə sənədlərinin tikinti qrafikinin yerinə yetirilməsini təmin etməklə müqavilə tələblərinə uyğunlaşdırılmasına köməklik göstərmək. İşin yaxşılaşdırılması məqsədilə yuxarıda qeyd edilənlərin hər biri üçün koordinasiya görüşlərinin keçirilməsini təmin etmək.
- İş həcminə nəzarət etmək, dəyişiklik edilmiş sənədlərin hazırlanmasına yardım etmək və daxili təsirləri təhlil etmək.
- Layihənin təhlilinə və hesabatların hazırlanmasına kömək etmək, layihə ilə əlaqədar bütün suallar/ izahlar və paketlərlə bağlı təsdiqləri əldə etmək.
- Layihə paketlərini yaxşılaşdırmaq üçün sahibkarlar, layihə iştirakçıları və operatorlarla layihənin nəzərdən keçirilməsi üzrə toplantılarda iştirak etmək və həmin toplantıların keçirilməsini təmin etmək.
- Layihənin icra sənədlərinə və mövcud şərtlərə cavab verməsini təmin etmək məqsədilə mühəndis-konstruktorları/ layihə hazırlayanları, çertyojçuları və tikinti sahəsində və ondan kənarda işləyən gənc mühəndisləri sahə və tikinti təlimatları ilə təmin etmək.
- Növbədənkənar tapşırıqların müəyyən olunmasında və sahibkar və yaxud podratçı üçün dəyişiklik barədə sorğuların hazırlanmasında köməklik göstərmək. Dəyişikliklə bağlı sahibkara ünvanlanmış sorğular və podratçıdan tələb olunan dəyişikliklər üçün qiymətləndirmələrin hazırlanmasına kömək edilməsi.

- İş saatı 09:00-18:00 Şənbə günü 09:00-13:00
- İstirahət günü - Bazar günləri
-Telefon danışıqları şİrkət tərəfindən ödənilir.
- Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır

Requirements

- Layihələndirmə (yaxud əlaqədar sahədə) üzrə təhsil, yalnız arxitektor/ inşaatçı mühəndis

- Layihələndirmə, inşaat mühəndisliyi sahəsində 5 ildən çox təcrübə

- Eyni anda bir neçə tapşırıq və problemin həll edilməsi bacarığı və əla ünsiyyət bacarıqları

- Tikinti sahəsində və ondan kənarda işləyən layihəçilər üçün məsuliyyət daşımaqla böyük kompleks mülki layihələr üzrə layihələndirmə yaxud tikinti sahəsində təcrübə

- Ümumi mühəndis hazırlığı

- Layihənin idarəedilməsi sahəsində təcrübə mütləqdir

- Nəzarətçi vəzifəsini yerinə yetirmək sahəsində bacarıq

- Komputer bacarıqları: MS Word, Excel, AutoCad, Archi Cad

- Həmçinin, müasir texnologiya sahəsində tam biliyə malik olmalı və layihədə istifadə olunması məqsədilə texniki tapşırıqların yerinə yetirilməsi üçün müvafiq proqram təminatını seçmək və tətbiq etmək bacarığı olmalıdır.

Overview
Posted: 02-10-2024
Salary Range: JS_NEGOTIABLE
Employer Contact
Contact Email: [email protected]
Apply Now

Job Search