Vakant vəzifə haqqında:
- Müayinələrin, avadanlıqların, işçi təlimatlarını əsas tutaraq, laborator müayinələr aparır.
- Yeni laborator müayinə metodlarının işlənib hazırlanması, tətbiqi və aprobasiyasında iştirak edir.
- Laborator müayinələrin aparılmasının təlimatlara uyğunluğuna, avadanlıqdan düzgün, reaktivlərdən səmərəli istifadəyə nəzarət edir.
Namizədə olan tələblər:
- Ali və ya orta tibbi təhsil (laboratoriya işi ixtisası üzrə);
- İş təcrübəsi - 3 il;
- Müasir laboratoriya avadanlıqları ilə işləmə bacarığı;
- Məsuliyyətli və komandada işləmə bacarığı;
Qeyd:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
- Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Şirkət daxili təlim və inkişaf imkanları.
Müraciət etmək üçün CV-nizi [email protected] elektron ünvanına “Həkim-laborant“ başlığı ilə göndərməyiniz zəruridir. Müsahibəyə tələblərə uyğun hesab olunan namizədlər dəvət olunacaq.