? Vəzifə: CEO Assistenti
? Maaş: 800 AZN (net) + bonuslar
? İş yeri: Bakı, Ağ şəhər, 8 Noyabr prospekti 23
?İş saatları: Həftənin 6 günü, 11.00-20.00 (full-time)
Uğurla fəaliyyət göstərən xaricdə təhsil və konsaltinq şirkətimizə Ümumi Direktor üçün şəxsi assistent axtarırıq. Əgər sən təşkilatçılıq bacarığına sahibsənsə, diqqətcilsənsə və yüksək tempdə işləməyi bacarırsansa – bu vakansiya sənin üçündür!
? Əsas vəzifələr:
• Rəhbərin gündəlik iş qrafikinin təşkili və idarə olunması
• Görüşlərin və ezamiyyətlərin planlaşdırılması
• Məktubların və sənədlərin hazırlanması, yazışmaların aparılması
• Telefon zəngləri və yazışmaların idarə olunması
• Təşkilati və inzibati dəstək göstərilməsi
? Tələblər:
• İngilis dilini əla səviyyədə bilmək (şərtdir)
• Rus dili biliyi – üstünlükdür
• Xaricdə təhsil sahəsi üzrə təcrübə – üstünlükdür
• Ali təhsil (istənilən sahə üzrə)
• Təşkilatçılıq bacarığı və çoxlu tapşırıqları eyni anda idarəetmə qabiliyyəti
• MS Office proqramlarında işləmək bacarığı
• Yüksək ünsiyyət və təqdimat bacarığı
