İşçinin vəzifə və öhdəlikləri:
- Şirkətin məhsullarını tibbi müəssisələrdə və apteklərdə həkim və əczaçılara tanıtmaq.
- Şirkətdə verilmiş təlimatları və tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək.
- Görülən işlər barədə gündəlik və aylıq hesabatları rəhbərliyə təqdim etmək.
- Həkim ziyarətlərinin aylıq planlarının hazırlanması – bu planlara uyğun davranılması – mümkün olduğu qədər plandan kənara çıxmaması.
- Aptek bazasının üzərində mütəmadi olaraq işlənməsi: artırılması və zənginləşdirilməsi.
- Bölgəsində olan bütün apteklərin mütəmadi olaraq ziyarət edilməsi.
- Məsuliyyət daşıdığı bölgə üzrə işlərin öhdəsindən gələ bilmək qabiliyyəti
İş rejimi və güzəştlər:
- İş təcrübəsi olmayanlara ödənişsiz qaydada, ümumi tibbi və marketinq kursları keçirilir.
- İl ərzində şirkət tərəfindən 1 dəfə məzuniyyət verilir.
- Əmək haqqı (namizədin potensialı əsasında müəyyənləşdirilir və namizədlə müzakirədə təyin olunur).
- Maaşdan əlavə nəticələrinizə görə əlavə mükafatlar almaq imkanınız vardır.
- Müsabiqədən keçmiş və sınaq müddətini uğurla başa vurmuş şəxslər Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq elektron qaydada rəsmiləşdirilir.
- İş qrafiki: həftənin 6 iş günü 09:00-dan - 17:00-dək (Şənbə günü yarı iş günü, Bazar günü istirahət)
Namizədə tələblər
- Ali və ya orta təhsil
- İş təcrübəsi önəmli deyil
- Yaş həddi 20-40
- Etik davranış qaydalarına və geyim tərzinə fikir verməli
- Nizam-intizamlı olmalı
- Təqdimat aparmaq bacarığı olmalı
- İşində olduqca məsuliyyətli,dürüst və çevik olmalı
- Məqsədəyönlülük və inkişafa meyilli
Maraqlanan namizədlər mövzu bölümündə “Bölgə rəhbəri” qeyd etməklə mail ünvanına şəkilli CV-lərini göndərə bilərlər. ([email protected])