Aparıcı mühasib
Abacus Audit and Counsalting Bakı Administrative
Requirements
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Description

Mühasib
Vəzifələr:
Vergi məcəlləsinin və Milli Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun olaraq müəssisənin dəqiq uçotunu qurur;
Vergiləri və DSMF ayırmalarını düzgün hesablamaq və vaxtında dövlət büdcəsinə köçürülməsini təşkil edir;
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir;
Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin edir;
Vergi orqanları ilə yazışmaları aparacaq, e-qaimələrin vaxtında və düzgün təqdim olunmasını təmin edir;
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotunu aparır;
Mal satışlarının, işlərin və xidmətlərin görülməsinin uçotunu aparmaq;
Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasını keçirmək;
İdxal Gömrük Bəyannamələri əsasında malların maya dəyərini hesablamaq;
Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək;
Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
Ödənişləri nəzarətdə saxlamaq, “internet banking” vasitəsilə hesablara nəzarət etmək və ödəmələr edir;(ölkədaxili və ölkəxarici)
Gördüyü işlərlə bağlı aylıq hesabatlar tərtib edir;
Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlayır;
Məxfilik prinsiplərini pozmamaq.

Requirements

İş şəraiti: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; 5 günlük iş rejimi; Əmək haqqı 1500 -2500 Azn Tələblər. Azı 5 il özəl sahənin və ya local consultinq sahəsində mühasiblik təcrübəsi olmalıdır; Vergi qanunvericiliyini və Milli Mühasibat uçotunu mükəmməl bilməli, dəyişiklikləri izləməli və zamanında tətbiq etməlidir; Beynəlxalq Mühasibat uçotunu bilməsi arzuolunandır; - 1C 8.2 v 8.3 proqramında sərbəst işləmək təcrübəsi (İstehsal və satış və s.) ;

Overview
Posted: 09-09-2024
Salary Range: JS_NEGOTIABLE
Employer Contact
Contact Email: [email protected]
Apply Now

Job Search