- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar aparmaq;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərə tərtib və təqdim edilməsini təmin etmək;
-İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına nəzarəti icra etmək;
- Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılmasını təmin etmək;
- Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi proseslərini icra etmək;
- Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət etmək; - Direktorun və Maliyyə menecerinin tapşırıqlarını yerinə yetirmək;
- Hesabatların düzgün şəkildə verilməsi;
- Namizədlərin restoran sahəsindən anlayışı olması üstünlükdür.
Ali təhsil (maliyyə, mühasibatlıq üzrə);
PMS Sertifikatı üstünlükdür;
Müvafiq sahədə 3-5 il və üzəri iş təcrübəsi;
1C proqramında təcrübə mütləqdir;
MS Office proqramlarında, Exceldə əla işləmə bacarığı;
Dəqiqlik, detallara fikir vermə qabiliyyəti;
Xanım namizədlərə üstünlük verilir.
İş şəraiti:
İş yeri: Səbail rayonu;
Korporativ nömrə: +994 51 882 97 29
Nahar şirkət tərəfindən verilir;
Nəqliyyat şirkət tərəfindən təmin olunur;
Əmək haqqı razılaşma əsasında təyin olunacaq.