Vəzifə üzrə öhdəliklər:
Anbarda olan mal və materialların təhlükəsizliyinə, balıq yemlərinin saxlama rejiminə nəzarət;Mal-materialın qəbulu , təhvili , sənədləşdirilməsi və mədaxil-məxaric sənədlərinin yoxlanılması, yerləşdirilməsi, qəbul və təhvil qaydalarına riayət etmək;Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının, sayım zamanı sayılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda mal-material düzülüşünə nəzarət etmək;Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək. O cümlədən son tarixləri nəzər almaqla bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək, istisnalar barədə dərhal rəhbərliyi məlumatlandırmaq;Mühasibatlıq tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq təmin etmək;Günlük və aylıq hesabatların hazırlanması;Mal və material mühasibatlığının aparılması üçün qurulmuş mühasibat proqramı və avtomatlaşmış cihazlardan istifadə edərək onlayn və ya real vakt rejimində məlumatları daxil etmək;Anbarda yanğınsöndürən vasitələrinin olduğuna və salamatlığına, sahənin vəziyyətinə, avadanlığa və inventara nəzarət etmək, uyğunsuzluq olarsa lazımi şöbələrə vaxtında məlumat vermək;Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək;Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;Keyfiyyətə nəzarət tələblərinə əməl etmək , mal-materialın keyfiyyətli və uyğun şəraitdə saxlanılmasına nəzarət etmək;Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;Anbar ehtiyatlarının düzgün idarə edilməsi və 1C tətbiqində uçotunun aparılması;Anbar qalığını mütəmadi yoxlamaq və uyğun hesabat təqdim etmək;Anbarın işçilərinə rəhbərlik etmək, mal-materialın düzgün yığılması və boşaldılmasına nəzarət etmək, anbar işçilərinin işlədikləri vaxtın tabel uçotunu aparmaq;Sahələri, satışı tələb olunan mallar və material ilə vaxtında təmin etmək;Anbara giriş-çıxış yollarının və qapılarının işlək olmasını təmin etmək, bitişik ərazinin yığışdırılmasını, anbarın səliqəliliyini təşkil və nəzarət etmək;Mədaxil-məxaric və obyekt daxili rejimin həyata keçirilməsində Mühafizə xidməti ilə əməkdaşlıq etmək;
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
İş vaxtı: 6 günlük (şənbə günü qısaldılmış iş günü), istirahət günü: bazar
İş yeri: Mingəçevir rayonu
Tələblər
Ali və ya Orta ixtisas;
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
Üstünlük verilən sənaye sektoru: Qida sənayesi, İstehsalat
Mal-materialı tanımalı, məhsulların saxlanma şəraiti və qaydalarını, mal-materialın yüklənmə və boşaltma qaydalarını bilmək;
MS office proqramlarını, Outlook, 1 C proqramını bilmək;Azərbaycan dili, Rus dili (arzuolunandır).
