Xaricdə Təhsil üzrə Qeydiyyat Meneceri
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri
  • Xaricdə təhsillə bağlı potensial müştərilərə konsultasiya xidmətləri göstərmək və bu konsultasiyaları effektiv şəkildə satışa çevirmək;
  • Xarici universitetlərin proqramlarını və yeni partnyorluq əlaqələrini genişləndirmək məqsədi ilə müntəzəm şəkildə araşdırmaq və izləmək;
  • Yeni əməkdaşlıqlarla bağlı araşdırmalar edərək təkliflər hazırlayıb rəhbərliyə təqdim və müzakirə etmək;
  • Yüksək səviyyədə xidmət göstərməsini təmin etmək və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində plan və strategiyalar hazırlamaq və təklif etmək;
  • Xaricdə təhsil, yay məktəbləri, dil kursları və digər aidiyyatı xidmətlərin tanıdılması və müştərilərin cəlb edilməsi istiqamətində fəaliyyət göstərmək;
  • Yaranmış və ya yarana biləcək çətinlikləri vaxtında və tam şəkildə aradan qaldırmaq və ehtiyac olduğu halda bu barədə birbaşa rəhbəri məlumatlandırmaq;
  • Digər tapşırılan müvafiq vəzifələri yerinə yetirmək;
  • Komanda ilə aktiv əməkdaşlıq etmək və Şirkətin fəaliyyətlərində yaxından iştirak etmək;
Tələblər

Bizə kim lazımdır?

*Yüksək dünyagörüşü olan, məqsədyönlü, inkişaf etmək arzusunda olan;

*Əla kommunikator, insanlar ilə ünsiyyət qurmağı sevən;

*Potensial müştəriləri əsl müştərilərə çevirməyi bacaran, satış üzrə peşəkar;

*Avropa, Amerika, Kanada, Asiya -- xarici ölkələrin təhsil sistemlərini yüksək səviyyədə bilən mütəxəssis;

*İngilis dilini ən az B2 səviyyədə bilmək (2-ci xarici dil bilənlərə üstünlük verilir);

*MS Office (Word, Excel) proqramları üzrə biliklər;

*Tanınan ali təhsil müəssisəsinin məzunu olmaq;

*Məsuliyyətli, öz iş vaxtını müstəqil idarə edə bilən;

*Xaricdə təhsil sahəsində çalışan namizədlərə üstünlük verilir.

Ümumi məlumat
Əlavə edilib: 25-08-2022
Əmək haqqı: 600 - 1200 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı