GL ASC Qəbələ filialı üzrə "Xəzinədar əməliyyatçı" vakansiyası elan edir
Tələblər:
Ali təhsil;Yaş həddi: 18-35 yaş;Kassir vəzifəsində minimum 6 ay iş təcrübəsi;Azərbaycan dilini səlis bilməli, rus və ingilis dillərini bilmək üstünlükdür;Nağd pul əməliyyatlarında dəqiqlik və riyazi biliklərə sahib olmalı;Müxtəlif növ kassa aparatlarının iş prinsipləri və mexanizmlərini bilməli;Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;Dəqiq, məsuliyyətli və dürüst yanaşma;Müştərilərin suallarını dinləmək, dəqiq cavablandırmaq və aidiyyəti üzrə yönləndirmək bacarığı.
Vəzifə öhdəlikləri:
Müştərilərdən ödənişlərin qəbul edilməsi və düzgün qaydada icrası;Ödənilən vəsaitlərin yoxlanılması və müvafiq prosedurlara uyğun əməliyyatların aparılması;Gündəlik maliyyə əməliyyatlarına dair hesabatların tərtib edilməsi;Kassadan keçən bütün vəsait və sənədlərin nəzarətdə saxlanılması və mütəmadi olaraq hesabatların təqdim edilməsi;Nağd vəsaitlərin təhlükəsiz şəraitdə saxlanmasını və aidiyyəti şəxslərə təhvil verilməsini təmin etmək.
Əməkhaqqı: 400-600 AZN (razılaşma əsasında).
Vacib qeyd: Bu vakansiya yalnız xanım namizədlər üçün nəzərdə tutulmuşdur.
Müraciət qaydası:
Tələblərə uyğun olan şəxslərdən xahiş olunur ki, CV-lərini “Xəzinədar əməliyyatçı (Qəbələ filialı)” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərsinlər.
Qeyd: Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq. Bütün müraciətlər tam məxfi şəkildə idarə olunur.