Vergi və hesabatlılıq bölməsi rəhbəri
Abacus Audit and Counsalting Baku Accounting/Finance
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

İş barədə məlumat: • Müəssisələr tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi; • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi; • Mühasibat uçotu məlumatlarına dair Şirkətilərin maliyyə fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsində iştirak; • Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Sosial Müdafiə Fondu, Statistika Komitəsi və vergi orqanlarına təqdim olunan aylıq, rüblük və illik hesabatların hazırlanmasına nəzarət, hesabatların təqdim edilməsinin təmin edilməsi; • Uçot sisteminin, təqdim olunan hesabatların avtomatlaşmasının təmin edilməsi; • Vergi və digər qanunvericilik yeniliklərini yaxından izləmək və Şirkətilərin vergi siyasətinin aktuallığını qoruması istiqamətində işlər aparmaq; • Mühasibatlıq şöbəsinin işinin düzgün təşkilini təmin edən qaydaların aktuallığını mütəmadi yoxlamaq və yeniliklər təklif etmək; • Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil edir; • Birbaşa menecerin tapşırığı ilə digər işləri yerinə yetirir. Əmək haqqı müsahibə əsasında bilik, təcrübə və iş bacarığına əsasən 2500 -3500 manat aralığında həmçinin, auditin düzgün, ətraflı, tam əhatə edilməsinə görə əlavə mükafatlarda(bonuslar) ödənilir İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək

Tələblər

• Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil; • Maliyyə sahəsində baş mühasib vəya şöbə rəhbəri kimi 3 il iş təcrübəsi; • Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər; • Qərarlar qəbul etmək və üzərinə məsuliyyət götürmək, vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarığı; • Dəqiqlik, məntiqi və analitik düşünmə tərzi, təşəbbüskarlıq, çalışqanlıq, dürüstlük, komandanı idarə etmək və komandada işləmək bacarığı; •Azərbaycan dilində mükəmməl, rus və ingilis dilini orta səviyyədə bilmək; •1C (7.7, 8.2, 8.3) mühasibatlıq proqramında işləmək bacarağı; Əmək haqqı namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə müəyyən edilir.

Ümumi məlumat
Əlavə edilib: 10-09-2021
Əmək haqqı: 2500 - 3500 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı