Topdansatış üzrə mütəxəssis
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Vəzifə üzrə öhdəliklər:

· Gündəlik ərazidə görülən işləri və sabahki iş planını topdan satış meneceri ilə müzakirə etmək;

· Xarici görkəm standartlarına riayət etmək;

· Şirkət daxili nizam-intizam qaydalarına riayət etmək;

· Siyahıda olan obyektlər məhsul almadığı halda səbəbini araşdırmaq;

· Gündəlik satış nöqtələrini ziyarət etmək;

· Hər satış nöqtəsini ziyarət etdikdən sonra satış hesabatında qeydlər etmək;

· Müştərilərə şirkətin məhsullarını təqdim etmək və onlar barədə ətraflı məlumat vermək;

· Müştəri bazasını daim yeniləmək;

· Ərazidə olan və şirkətlə əməkdaşlıq etməyən obyektləri ziyarət edib məlumat toplamaq və bu məlumatı Topdan satış menecerinə təqdim etmək;

· Qoyulmuş aylıq planı maksimal dərəcədə, maksimal səy ilə yerinə yetirmək;

· Kommersiya direktoruna və topdan satış menecerinə mütəmadi məlumat və hesabat vermək;

· Etdiyi satışın məbləğini ticarət obyektlərindən toplamaq və həmin gün bütün məbləği şirkətin xəzinəsinə ödəmək;

· Şirkətin əmlakı ilə səliqəli və ehmalla davranmaq;

· Gündəlik iş qrafikinə əməl etmək, ehtiyac yarandığı halda rəhbərliyin göstərişi ilə iş saatlarından əlavə işləmək;

· Müştəri borclarındakı hərəkətliliyi yoxlamaq;

· Rəhbərlik, kommersiya direktoru və topdan satış menecerinin təşkil etdiyi iclaslarda iştirak etmək;

· Ticarət nöqtələrində daim məhsulların mövqelərinin yaxşılaşması üçün fəaliyyət göstərmək;

· Anbardan topdan satış mütəxəssinin adına çıxan məhsullara görə birbaşa maddi məhsuliyyət daşımaq;

· Müşayiət edici sənədlərin hazırlanması və icrasına nəzarət etmək;

· Logistikanı (malın vaxtında yüklənilməsi və çatdırılması) təşkil və nəzarət etmək;

· Bazardakı satış qiymətlərinin monitorinqini və rəqibləri analiz etmək;

· Müştəri müqavilələrinin, müqavilə şərtlərinin danışılması, şərtlərin icrasına nəzarət, yaranan problemlərin həll edilməsi;

· Marketinq şöbəsinin təşkil etdiyi marketinq tədbirlərində iştirak etmək, daim Marketinq şöbəsi ilə əməkdaşlıq etmək;

· Rəhbərliyin, kommersiya direktorunun və topdan satış menecerinin göstərişlərini yerinə yetirmək.

İş şəraiti:

§ AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

§ İş vaxtı: 6 günlük, istirahət günü: bazar

§ İş yeri: Bakı şəhəri

§ Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır.

Vakansiyaya müraciət üçün CV-ləri “Topdansatış üzrə mütəxəssis” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Tələblər

Namizədə Tələblər:

· Ali təhsil (üstünlükdür);

· Minimum 1 il iş təcrübəsi (Qida sənayesi üzrə);

· Müştəriyə xidmət və satış, vaxt idarə etmə bacarıqları (planlaşdırma / prioritetləşdirmə), son tarixlərə cavab vermək qabiliyyəti, detallara diqqət, analiz etmə qabiliyyəti, komandada işləmək bacarığı;

· Şəxsi avtomibilin olması;

· 1 C MS, Office, Outlook, proqramlarında işləmək bacarığı;

· Azərbaycan dili əla, Rus dili üstünlükdür.

Ümumi məlumat
Əlavə edilib: 19-03-2024
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı