Texniki ekspertiza şöbəsinin mütəxəssisi (Əmlak üzrə)
Atəşgah SŞ Baku Insurance
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Əsas vəzifə öhdəlikləri • Zədələnmiş əmlaka texniki baxış keçirmək və dəymiş zərəri müəyyən etmək • Zərərçəkmiş şəxslərə zəng etmək və onların əmlakına baxış keçirilməsi yerini müəyyən etmək • Əmlakın zədələnmiş hissələrinin fotoşəkillərini çəkmək • Baxış aktlarını tərtib etmək • Qiymətləndirilmə aktlarını tərtib etmək • Tikinti və təmir materiallarının bazarını araşdırmaq • Qiymətləndirilmə zamanı sığortalılar və ya 3-cü şəxslərin dələduzluq faktlarını müəyyən etmək • Texniki ekspertiza şöbəsinin fəaliyyətini əks etdirən hesabatlar tərtib etmək • Birbaşa rəhbərin tapşırıq və göstərişlərini yerinə yetirmək. Şəxsi keyfiyyətlər • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı • Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı • Təhlil və araşdırma qabiliyyətinə malik olmaq • Müşahidə və ilkin təhqiqat aparmaq vəridşlərinə malik olmaq

Tələblər

Namizədə tələblər • Yaş: 25-50 • İş təcrübəsi: tikinti və təmir sahəsində iş təcrübəsi zəruridir. • Təhsil: Ali və ya orta texniki • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(arzuolunandır) • Kompüter bilikləri, Microsoft office proqrmaları İş şərtləri • Əmək müqaviləsi bağlanılır • İş vaxtı : həftə içi 09: 00-dan 17:30 dək. (Növbə əsasında Şənbə günləri) • Sabit əmək haqqı sınaq müddətində 500 AZN • Sınaq müddətindən sonra 600 AZN • Fəaliyyət nəticələrinin qiymətləndirilməsi əsasən bonus sistemi Məlumatlandırıcı qeydlər • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur. Şəkilin olması mütləqdir • Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin • CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində, mütləq “Texniki ekspertiza şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.

Ümumi məlumat
Əlavə edilib: 23-01-2020
Əmək haqqı: 500 - 600 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı