Azərbaycanın ilk biznes və turizm kanalı olan “Qafqaz” MTRŞ-i televiziya sahəsində çalışmaq istəyən gəncləri işə dəvət edir.
İş yeri Qubadadır. Bakıdan və digər bölgələrdən olan əməkdaşlar yaşayış yeri ilə təmin edilir. Bir ay sınaq müddəti hərkəs üçün keçərlidir.
Vakansiya: Televiziya jurnalisti
İş barədə məlumat:
- Gündəlik olaraq müxtəlif mövzulu reportajlar və sujetlər hazırlamaq,
- Gündəlik efir üçün hazırlanan çəkilişlərdə iştirak etmək,
- Rejissorsuz işləmək bacarığı,
- Rəhbərliyin tapşırıqlarını vaxtında təhvil vermək.
- İş qrafiki: I-6 günlər, 9:00-dan 18:00-dək
- Kompyuterdən və Ofis proqramlarından (Microsoft Office Word) istifadə etməyi bacarmaq
- Şəxsi keyfiyyətlər: məsuliyyətlik, operativlik, diqqətlilik
- Portfolio olması üstünlükdür
- Kreativ düşüncə və yaradıcı yanaşma vacibdir.