Mediation.az saytının “Xəbərlər” bölümünə (Hüquq, İqtisadiyyat, Dünya və siyasət və Gündəm sahələri üzrə) 3 könüllü tələbə tələb olunur.
Vəzifə öhdəlikləri:
· Saytın Xəbərlər bölməsi üzrə gündəlik yenilənməni təmin etmək;
· Saytın Xəbərlər bölməsindəki sahələr üzrə yerli və xarici informasiya mənbələrinin izlənilməsi;
· Saytın sosial şəbəkələrdəki səhifəsini idarə etmək;
· Sahələr üzrə məlumatların toplanması, hazırlanması və emalı;
· Zəruri hallarda müsahibələr hazırlamaq;
· Xüsusi araşdırma yazıları hazırlamaq;
· İnformasiya sorğularının tərtib olunması;
· Zəruri hallarda mətbuat konfransında və digər tədbirlərdə iştirak etmək;
· Xəbərlərin düzgün təqdim olunmasına dair tələblərin yerinə yetirilməsi.
Namizədə tələblər:
· Jurnalistika üzrə təhsil alan və ya gələcək karyerasını jurnalistika sahəsində qurmaq istəyən digər ixtisaslı tələbələr (II, III və IV kurs);
· İş təcrübəsinə ehtiyac yoxdur;
· Azərbaycan dilinin qrammatik qaydalarını mükəmməl səviyyədə bilmək;
· İngilis dilində baza bilikləri olmalı;
· Office proqramları biliyi;
· İqtisadi və siyasi sahələrdə baza bilikləri olmalı;
· İnternet jurnalistikasının, o cümlədən, xəbərlərin yazılması xüsusiyyətlərini başa düşməli;
· Dünyagörüşə, üslub hissinə, redaktə və ədəbi redaktə bacarığına malik olmalı;
· İnternetdə məlumat axtarışı panellərini tanımalı və onlardan tam istifadə etməyi bacarmalı;
· Jurnalistika işinin təşkili prinsipini anlamalı;
· Aktiv, məqsədyönlü, işini sevən və öyrənməyə hazır olmalı.
İş barədə:
· Məsafədən işləmə;
· Ayda bir dəfə ofisdə iclasda iştirak etmək və hesabat vermək;
· Tərəfimizdən təşkil olunan 10 günlük təlimdə iştirak etməli (saytda məlumatların yerləşdirilməsi qaydalarını və məlumat saytları ilə işləmə üsullarını öyrənmək üçün);
· Könüllülük müddəti 6 aydır, əlavə 1 ilə kimi uzadıla bilər;
· Könüllülük müddətinin sonunda sertifikat və könüllü Jurnalist kimi işləmə haqda xasiyyətnamə verilir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 sentyabr 2022-ci il tarixədək mövzu yerinə “Təcrübəçi jurnalist” yazmaqla, [email protected] elektron ünvanına göndərə bilərlər.
