Smeta mühəndisi
Başak Group MMC Baku Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Layihə üzrə verilmiş memarlıq və konstruktiv sxemlər əsasında layihənin bütün mərhələlərinin detallı şəkildə smetasının tərtib edilməsi;

Layihəyə əsasən iş həcmlərinin çıxarılması;

Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq;

Layihə-smeta sənədlərinin vaxtında təhvil verilməsini təmin etmək;

Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması.

 

İş qrafiki:

· Həftə içi 5 gün saat 09:00-18:00,

· Nahar şirkət tərəfindən verilir,

· Korporativ nömrə (korporativ paket),

· Əməkhaqqı: 1200-1500 AZN ,

· Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.

Tələblər

Namizədə aid tələblər:

Ali təhsil (Mühəndislik/memarlıq ixtisası üzrə),

Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi,

Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktları haqqında biliklər,

Qüvvədə olan müvafiq smeta hesablama qaydaları, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsalları haqqında biliklər,

Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydaları haqqında biliklər;

Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın əleyhinə mühafizənin norma və qaydaları haqqında biliklər,

Kompüter bilikləri: Archicad və AutoCAD üzrə biliklər.

Ümumi məlumat
Əlavə edilib: 16-03-2023
Əmək haqqı: 1200 - 1500 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı