SAT müəllimi
Cleverest Academy Baku Təhsil
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Cleverest Academy olaraq, tədris komandamızı genişləndirmək məqsədilə kurs bölməmiz üçün SAT Math və SAT Verbal Instructor-lar axtarışındayıq! Əgər siz də tələbələrlə işləməyi sevirsinizsə və onların uğuruna töhfə vermək istəyirsinizsə, komandamıza qoşulun!

Vakansiya barədə ümumi məlumat

SAT proqramına uyğun olaraq tələbələrin həm fərdi, həm də qrup şəklində dərs prosesinin təşkil edilməsi;
Müxtəlif mövzularda dərs planlarının hazırlanması və tətbiqi;
Hər ay müəyyən olunan sınaq imtahanlarının təşkili və nəticələrin təhlili;
Tələbələrin inkişafına diqqət göstərərək, hər birinin nəticəsini izləmək və təkmilləşdirilməsinə dəstək olmaq;
Dərslərin vaxtında və yüksək keyfiyyətdə aparılmasına məsuliyyətli yanaşma.

Tələblər

Tələblər:

Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
SAT üzrə mövcud proqramlara dair dərin biliklər və tədris təcrübəsi;
İngilis dili üzrə minimum B2 səviyyəsi (C1 səviyyə üstünlükdür);
Ali təhsil arzu olunandır;
Gülərüz, məsuliyyətli və yüksək motivasiyalı namizəd olmalıdır;
Müxtəlif yaş qrupları ilə işləmə bacarığı, xüsusilə yeniyetmə və gənc tələbələrlə ünsiyyəti qurmaq bacarığı.

Bizimlə işləməyin üstünlükləri:

Dost və peşəkar kollektiv;
Müasir tədris metodları və texnologiyaları ilə işləmək imkanı;
Karyera inkişafı və peşəkar təlimlərdə iştirak imkanları;
İş saatlarının çevikliyi.
Əgər bu tələblərə cavab verirsinizsə və bizim komandamızın bir hissəsi olmaq istəyirsinizsə, CV-lərinizi [email protected] mail ünvanına göndərə bilərsiniz.

Ümumi məlumat
Əlavə edilib: 08-10-2024
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı