Satıcı - Konsultant
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

“Rəmzioğlu Paxlava” MMC Bülbül, Badamdar  və Əhmədli mağazasına “Satıcı “ vəzifəsi üzrə işçilər tələb olunur.

Ünvan-Bülbül mağazası -Bülbül pr.37 A.(Nizami Kinoteatrı yaxınlığı);

Badamdar mağazası-Badamdar şossesi 111;

Əhmədli mağazası-Məhəmməd Hadi 21 (Əhmədli m/s yaxınlığı).

İş barədə məlumat:

Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək, müştərilərə yüksək səviyyəli xidmət göstərmək, sifarişləri qəbul etmək, məhsul seçimi üçün optimal şərait yaratmaq. Kollektivdə mehriban və məsuliyyətli olmaq, komanda işi nümayiş etdirmək. Satışla bağlı qayda və prosedurlar, həmçinin kampaniyalar haqqında müştəriləri məlumatlandırmaq. Şirkət standartlarının və satış keyfiyyətinin təmin olunmasına nəzarət etmək. Kassa əməliyyatlarını icra etmək.
İş qrafiki: 2 Növbəli iş qrafiki-09:00-17:00 və 14:00-22:00 ( həftədə 1 gün istirahət)
-Nahar: Şirkət tərəfindən verilir.
-Əmək Haqqı: 500-550 azn + bonus
-Şirkət əməkdaşları üçün olan endirim və üstünlüklərdən yararlanmaq.

 

Tələblər

Namizədə tələblər:
-19-35 yaş arası (qadın namizədlər)
-Rus, ingilis dili biliyi- (Rus dili müştərilərlə danışıq səviyyəsində mütləqdir)
-İnnovativ həmçinin yeni bilik və bacarıqları öyrənib tətbiq etməyə meyilli
- Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları
- Problemləri effektiv şəkildə həll etmək
- Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik
- Müştərilərlə xidmət qaydalarını və metodlarını satış psixologiyasını və prinsiplərini bilmək
- Satıcı və ya Kassir vəzifəsində təcrübəsi olan , yeni məlumatlar öyrənməyə həvəsi olan və tez öyrənən namizədlərə üstünlük verilir.

Müraciət üçün: [email protected] mail ünvanına mövzu hissədə vakansiyanın adını qeyd etməklə CV formasını göndərə bilərsiniz.

Əlaqə nömrəsi: 055 208 58 95 (Afət xanım)

Ümumi məlumat
Əlavə edilib: 24-06-2024
Əmək haqqı: 500 - 600 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı