İş təsviri:
· Müştəriyə və satıcıya məhsul və ya xidmət haqqında məlumatın verilməsi;
· Müştəriyə və satıcıya məhsul və ya xidmət haqqında məlumatın elektron olaraq göndərilməsi;
· Daxil olan sorğuların hesabatının aparılması;
· Müştəri məhsul almaq istədiyi halda, rekvizitlərinin alınaraq satış mütəxəssislərinə göndərilməsi;
· Son satış prosesinin icra statusunun daima izlənilməsi;
· Müştərilərə məhsullar haqqında daimi reklam və promo xarakterli məlumatların göndərilməsi;
· Soyuq zənglərin edilməsi gündəlik;
· Gündəlik hesabatların rəhbərliyə təqdim olunması;
· Müxtəlif satış platformalarında məhsullar haqqında məlumat paylaşılması;
· Elektron poçt üzərindən müştərilərə məlumatların təqdim olunması;
İş qrafiki:
· Əmək haqqı: 600-900 AZN (Namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcəkdir)
· Bazarertəsi – Cümə: 09:00 – 18:00
· Əlverişli iş mühitində çalışmaq imkanı
· Karyera və inkişaf perspektivləri
Zəhmət olmasa CV-nizi [email protected] mail ünvanına mövzu hissəsində vakansiya adını qeyd etməklə göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Namizədə tələblər:
· Azərbaycan dilində yüksək ünsiyyət bacarığı (ingilis və rus dili üstünlükdür);
· MS Office, MS Outlook;
· Sürətli yazma bacarığı (1 dəqiqədə yaza bildiyi söz sayı 30-40 söz);
· CRM proqramı (Monday.com və ya SalesForce);
· Video konfrans proqramı (Zoom və ya Google Meetings);
· Google Forms/Docs/Sheets-dən istifadə edə bilmə;
· Windows 10 əməliyyat sisteminin funksiyalarından istifadə edə bilmə;
· ChatGPT süni intellekt alətindən istifadə edə bilmə;
· Google-da axtarış bacarıqlarından istifadə edə bilmə;
Fərdi xüsusiyyət göstəriciləri:
· Ünsiyyət və aktiv dinləmə bacarığı;
· Səbrlilik və gülərüz;
· Təşəbbüskarlıq;
· Detallara diqqət, problem həll etmə;
· Mühitə tez adaptasiya ola bilmə və komanda ilə işləmə bacarığı;
· Sürətli öyrənə bilmə, çalışqan;
· Özünə və işinə qarşı daima planlı, məqsədyönlü;
· Araşdırma qabiliyyəti;