Satış mütəxəssisi
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

İşçinin vəzifəsi:

· Daim aktiv müştəri bazasının araşdırılması

· Müştərilərin məhsul və ya mərkəzin xidmətləri ilə bağlı konsultasiya olunması

· Danışıqların aparılması, müqavilələrin bağlanması, aktiv müştərilərə iş və uzun müddətli müqavilələrin qurulması

· Satış planının icra olunması

· Yeni müştərilər cəlb etmək və mövcud müştərilərlə əlaqələri davamlı olaraq gücləndirmək

· Müştərilərlə görüşlər təşkil edərək xidmətlər barədə ətraflı məlumat vermək.

· Müştəri məmnuniyyətini ən yüksək səviyyədə təmin etmək və müsbət, uzunmüddətli əlaqələr qurmaq.

· Təyin olunmuş satış hədəflərini müəyyənləşdirmək və bu hədəflərə çatmaq üçün effektiv strategiyalar hazırlamaq.

· Satış hesabatlarını müntəzəm olaraq hazırlayıb rəhbərliyə təqdim etmək

 

İş şəraiti haqqında:

· 6 günlük iş həftəsi, iş saatı 09:00 - 18:00; (istirahət günü-bazar)

· Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat

· Karyera artımı perspektivi və professional inkişaf

· Mehriban kollektiv və komfortlu iş şəraiti

· Əmək haqqı 500-800 AZN (əmək haqqının məbləği fərdi qaydada, müsahibənin nəticələrinə əsasən - namizədin təcrübəsindən, bilik və bacarıqlarından asılı olaraq müzakirə edilir)

Tələblər

Namizədə tələblər:

· Satış meneceri və ya müvafiq sahədə iş təcrübəsi arzu olunandır ancaq vacib deyil

· Əla ünsiyyət və təqdimat bacarıqları

· Komanda ilə işləmə bacarığı, təşəbbüskar və nəticə yönümlü yanaşma.

· Azərbaycan dilində səlis danışıq (rus dili arzu olunandır)

· İnkişafı sevən, karyera qurmaq istəyən

Ümumi məlumat
Əlavə edilib: 03-03-2025
Əmək haqqı: 500 - 800 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı