Satış Auditi
Avrora MMC Gəncə Administrative
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

• Fəaliyyət göstərilən ərazidə ticarət nöqtələri ilə debitor borcların yoxlanışının həyata keçirilməsi, uçot məlumatlarına əsasən qarşılıqlı üzləşmə sənədlərində mövcud olan maddələr üzrə sənədləşmənin dəyərləndirilməsi, inventarların mövcudluğunun və təyinatına uyğun istifadəsinin yoxlanılması və raporlanması.

• İnventarizasiya işinin aparılması;

• Satış nöqtələrinə yerində baxış keçirilməsi və əməkdaşlarımızın fəaliyyətlərinin qiymətləndirilməsi;

• Tələb edilən hallarda rayon filiallarına ezamiyyətə gedilməsi;

• Distribyutor anbarlarında mövcud olan məhsulların sayımının həyata keçirilməsi;

• Audit işinin nəticəsi haqqında müvafiq hesabatların hazırlanması;

• Təftiş kommisiyalarının tapşırıqları əsasında xüsusi audit yoxlamalarında iştirak edilməsi;

• Ticarət nöqtələrində rəqib şirkətlərin satış fəaliyyətinin və strategiyasının dəyərləndirilməsi;

• Aylıq olaraq müqaviləli ticarət nöqtələrində müqavilə şərtlərinin yerinə yetirilməsi;

• Xarici auditlə bağlı hesabatların təhlili və müvafiq sənədləşmənin aparılması;

• Hərəkətsiz debitor borclarının təyin edilməsi.

• İş qrafiki : Tam iş günü (5 gün);

• İş saatları: 08:00-17:00;

• İş yeri : Gəncə, Şəki, Quba və Lənkəran filialları üzrə

· Karyera və peşəkar inkişaf üçün əla imkanlar;

· Təlim və inkişaf proqramlarının geniş çeşidi;

· Mükəmməl peşəkar komanda və mehriban mühit;

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış Auditi- Gəncə, Şəki, Quba və ya Lənkəran” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Tələblər

• Analitik düşünmə qabiliyyəti;

• Qərar vermə qabiliyyəti;

• Mübahisələrin həll edilməsi;

• Effektiv kommunikasiya;

• Nəzarət və əlaqələndirmə.

• Təhsil : Ali (iqtisadiyyat yönümlü);

• İş təcrübəsi : 1 il;

• Kompyüter bilikləri : MS Office (Excel, Word, Internet);

• Yaş həddi : 22-30;

• Avtomobilinin olması vacibdir.

Ümumi məlumat
Əlavə edilib: 21-09-2021
Əmək haqqı: 400 - 600 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı