Sətəm üzrə mühəndis
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Şirkət daxilində Sağlamlıq və Əməyin Təhlükəsizliyi Sisteminin qurulması və işlərin icraatı zamanı bu sahədə yoxlamaların təşkili;

• SƏTƏM üzrə prosedur və təlimatların işlənib hazırlanması və tətbiqi;

• Risklərin qiymətləndirilməsi ilə bağlı işlərin həyata keçirilməsi;

• Xəsarətlər və hadisələr zamanı onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi;

• İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət etməli;

• Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməli;

• İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürməli;

• İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etməli;

• Müəssisədə istismar olunan yüksək təhlükəli obyekt və avadanlıqların, habelə təhlükəsizlik və nəzarət cihazlarının texniki vəziyyəti barədə sənədləşmənin düzgün aparılmasına nəzarət etməli;

• İş yerlərində SƏTƏM yoxlamaları və monitorinq işlərinin aparılması;

• İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunması və FMV-dən düzgün istifadə olunmasına nəzarət etməli;

• İşə yeni qəbul olan işçilərə giriş təlimatı keçmək və bölmə rəhbərlərinin işçilərə ilkin və təkrar təlimat keçmələrinə nəzarət etmək, təlimatların qeyd jurnallarının vəziyyətini yoxlamaq;

• Əməyin və ətraf mühitin mühafizəsi norma və qaydaları üzrə aşkar etdiyi pozuntuların aradan qaldırılması ilə əlaqədar hesabat hazırlamalı və müvafiq göstərişlər verməli;

• Yanğın təhlükəsizliyi sistemlərinə yoxlanışların keçirilməsinə nəzarət;

• Şirkət daxili yanğın təhlükəsizliyi təlimlərinin təşkili;

• Sağlamlıq və Təhlükəsizlik üzrə şirkət daxili qaydaların tərtib edilməsi və daxili siyasətin inkişaf etdirilməsi;

• Vəzifə və funksiyalara uygun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrasını təmin etmək;

• Aylıq və illik hesabatların hazırlanması.

Namizədə tələblər

• Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;

• İş sağlamlığı və təhlükəsizliyi üzrə ali təhsil və ya sertifikat;

Tələblər

• İş saatı 10:00-dan 18:00-dək

• Nahar və korperativ nömrə verilir

• İş yerinin ünvanı: Bakı Şamaxı yolu 14-cü km

• Yaş həddi: 25-50

• Əmək haqqı:1000-1300

Əlaqə: +994 55 849 49 72

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur mövzu sətirində “SƏTƏM üzrə mühəndis” qeyd edərək CV-lərini [email protected] elekron ünvanına göndərsinlər

Ümumi məlumat
Əlavə edilib: 21-11-2024
Əmək haqqı: 1000 - 1300 azn  
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı