SƏTƏMM üzrə mütəxəssis (Region üzrə)
Tələblər
Share on Google+ Friend Feed Linkedid Twitter Share on facebook
Təsviri

Yeni işə qəbul olunmuş işçilərə Əməyin mühafizəsi üzrə giriş təlimatı keçmək;

İlkin və dövrü (rübdə bir) yanğın təhlükəsizliyi təlimatlarını keçmək;

Əməyin mühafizəsi üzrə bütün növ təlimatların vaxtında və düzgün keçirilməsinə nəzarət etmək;

İş öncəsi “Həftəlik təlimat”ların keçirilməsini təmin etmək;

İş sahələrində Əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə nəzarət etmək;

Təsdiq olunmuş “İstehsalat” monitorinqi planına uyğun olaraq əməyin mühafizəsi üzrə iş sahələrində vaxtaşırı müşahidələr aparmaq və nəticələrini Monitorinq jurnalında qeyd etmək;

Aşkarlanmış uyğunsuzluqların təyin olunmuş vaxt ərzində aradan qaldırılmasını təqib etmək;

Təhlükə potensiallı işlərin (yüksək gərginlikli işlər, dalğıc işləri və s.) təhlükəsiz icrasında və eləcə də işə icazə sisteminin tətbiq edildiyinə əmin olmaq;

İşçilərin FMV və xüsusi geyimlə təmin olunmasına və onlardan istifadə olunmasına ciddi nəzarət etmək;

“Əməyin mühafizəsi” qaydalarına əməl etməyən işçinin bilavasitə rəhbəri barəsində intizam tənbehi tədbiri görülməsi üçün şöbə rəhbərliyinə yazılı məlumat vermək;

Fərdi və Kollektiv mühafizə vasitələrinin daim işlək vəziyyətdə olmasına nəzarət etmək;

İlkin yanğınsöndürmə vasitələrinin və tibbi qutuların daim işlək vəziyyətdə olmasını təmin etmək;

Sahədə baş verən bədbəxt hadisə, qəza və insident barəsində şöbə rəhbərliyinə yazılı məlumat vermək;

Sahələrdə çalışan rəhbərlər və mühəndis-texniki işçilərə əməyin mühafizəsi sahəsində dəstək olmaq;

İşə qəbul zamanı xüsusi peşə sahiblərinin vəsiqələrinin olmasına və onların dövrü bilik yoxlamasından keçirilməsinə nəzarət etmək;

Əmək mühafizəsinə aid risklərin qiymətləndirilməsində iştirak etmək;

İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak edilmək;

Əməyin mühafizəsinə aid əyani vasitələrin hazırlanmasında iştirak etmək və SOC kartların doldurulmasına nəzarət etmək;

Qanunvericiliyə və şöbənin Əsasnaməsinə uyğun digər işlər icra etmək.

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar

İş yeri: Region

Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır

Əlavə: Mobil telefon və korporativ nömrə

Vakansiyaya müraciət üçün CV-ləri “SƏTƏM üzrə mütəxəssis (region üzrə)” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Tələblər

Ali təhsil;

Bu sahə üzrə 1-2 il iş təcrübəsi (İstehsalat sahəsində təcrübə arzuolunandır);

MS office proqramlarını bilməli;

Sağlamlıq və Əməyin Təhlükəsizliyi sahəsində qanunvericilikdə nəzərdə tutulan tələbləri, işə icazə sistemin tətbiqi qaydalarını və dalğıclıq fəaliyyətinə aid ilkin məlumatları bilməli;

SƏTƏM sahəsində müvafiq sertifikatlar (IOSH, ISO 45001, FHN SƏTƏM kursu sertifikatı və s.) üstünlükdür;

Yazılı və şifahi ünsiyyət bacarıqları;

Təyin olunmuş vaxt çərçivəsində tapşırıqların yerinə yetirilməsi, son tarixlərə cavab vermək qabiliyyəti;

Detallara diqqət, problem həll etmə qabiliyyətləri;

Komanda da işləmək qabiliyyətləri.

Nəqliyyat vasitəsi olan namizədlərə üstünlük veriləcəkdir.

Ümumi məlumat
Əlavə edilib: 24-01-2024
Əmək haqqı: razılaşma
Əlaqə məlumatı
Əlaqə üçün e-mail: [email protected]
CV göndərmək

Vakansiya axtarışı